1
«Arşın mal alan» - böyük
Azərbaycan bəstəkarı, milli bəstəkarlıq
məktəbinin banisi, Şərqdə ilk
operanın müəllifi Üzeir
bəy Hacıbəyovun sonuncu, üçüncü
musiqili komediyasıdır. Bəstəkar
onu üzərində 1913-cü ilin yayında
hələ Bakıda olarkən işləməyə
başlamış və əsəri yayın
sonunda, artıq Sankt-Peterburqda olarkən tamamlaymışdır.
Qeyd edək ki, o burada konservatoriya daxil olmağa
hazırlaşırdı. Musiqili komediyanın
süjetini Üzeyir bəy həyatdan götürmüş,
librettosunu özu yazmışdır.
XX əsrin əvvəllərində
Azərbaycan cəmiyyətində ailə-məişət
məsələlərində şəriət
qanunları ilə diqtə edilmiş köhnəlmiş
adət-ənənələrə qarşı
tənqidi, etiraz dolu münasibət formalaşır.
Əsas müzakirə mövzularından
biri qadının azadlığı və
hüquqları uğrunda mübarizə
idi. Azərbaycan qadınlarının demək
olar ki, hüquqları yox dərəcəsində
idi: o, valideyndələrinin, sonra isə
ərinin iradəsinə tabe olmalı idi.
Çadrasız o heç yerə çıxa
bilməzdi, onun taleyini başqaları həll
edirdi. Qızlar, bir qayda olaraq, valideynlərinin
seçimi ilə ailə qurur, onların
razılığı heç kəsi maraqlandırmırdı.
Lakin təksə qızlar, deyil, kişilər
də bu adətdən əziyyət çəkirdilər.
Axı, onlar da öz gələcək həyat
yoldaşlarını yalnız toydan sonra
görə bilərdilər. Lakin həyat
tərzi dəyişir və cavanlar artıq
sevib-sevirərək, aidə qurmaq arzusu ilə
yaşayırdılar.
«Arşın mal alan» operettasının
maraqlı süjeti də elə bu ideyanı
əks etdirir. Üzeyir bəyin qəhrəmanı
– gözəl, yaraşıqlı, iradəli
Gülçöhrə öz hüquqları,
sevgisi üğründa mübarizə aparan
Azərbaycan qızlarının yeni nəslinin
nümayəndəsidir.
«Arşın mal alan» musiqil komediyasının
adı da elə küçəbəküçə,
həyətbəhəyət gəzib mal
satan arşın malçıların çağırışından
alınmışdır.
Gənc tacir Əsgər gələcək
həyat yoldaşını özü seçib,
bəyənmək şərtilə evlənmək
istəyir. Lakin müsəlman qayda-qanununa
görə bəy gəlini yalnız toydan
sonra görə bilərdi. Əsgərin
dostu Süleyman bəy vəziyyətdən
çıxış yolu tapır: onun məsləhəti
ilə tagir Əsgər adi, kasıb arşınmalçıya
çevrilir. İndi o, istənilən evə
girib, qızları görüb, könlünə
yatanı gözaltı edib evlənə
bilər.
Azərbaycan keçmir ki, Əsgər
alıcılar arasında gözəl bir
qıza vurulur. Bu, Soltan bəyin qızı
– Gülçohrədir. O da qarşılıqlı
məhəbbətlə qurulmuş ailə
səadəti arzusundadır. Cavanlar əld-peyman
bağlayır. Gülçöhrə sevgilisinə
sonadək sədaqətli olmaq əzmindədir.
Lakin qızını yalnız varlı adama,
dədə-baba qanunu ilə ərə vermək
istəyən Soltan bəy Gülçöhrəni
varlı tacir Əsgərə vermək istəyir.
Nə qətiyyətli etirazını bildirən
Gülçöhrənin nə də Soltan
bəyin ağlına belə gəlmir ki,
tacir Əsgər və kasıb arşınmalçı
Əsgər eyni adamdır. Lakin anlaşılmaslıqlar
tez aradan qalxır. Bir gündə 4 toy çalınır:
Əsgər və Gülçöhrə
ilə yanaşı, Süleyman bəylə
Soltan bəyin qardaşı qızı Asya,
Soltan bəy və Əsgərin xalası
Cahan xala, hər iki ailənin nökərləri
– Vəli və Telli də evlənib xoşbəxt
ailə qururlar.
Operettada mənfi qəhrəman
yoxdur. Klassik musiqili komediya qanunlarına uyğun
olaraq ön planda əsas qəhrəmanlar
– Əsgər və Gülçöhrədir.
Onlar yeni fikirli, ailə həyatını
ürəklərinin səsi ilə qurmaq
arzusu ilə yaşayan gənclərdir. Qalan
personajlar – Süleyman bəy, Asya, Soltan bəy,
Cahan xala, Vəli və Telli lirik-komik tərzdə
verilir. İştirakçılar bir neçə
qrupa bölünür: tagir Əsgər
və bəy qızı Gülçöhrənin
məhəbbət tarixcəsi əsərin
əsas süjet xəttini təşkil edir.
Onların hərəkətləri əsas
ideyanı ifadə edir. Romantik hisslərlə
yaşayan bu gənclər köhnəlmiş
adət-ənənələrə qarşı
çıxmaqdan çəkinmir. Məhəbbətləri
naminə onlar ən qəti addımlara hazırdırlar.
Dövrün qayda-qanunlarına etirnazsızlıq
göstərməyən Süleyman bəy və Asya da, cavanların hərəkətlərini
başa düşməyən yaşlı
nəslin nümayəndələri – Cahan
xala və Soltan bəy də mehriban ailə
həyatı arzusundadırlar. Nəhayət,
ağıllı, tədbirli nökərlər
– Vəli və Telli də talelərini birləşdirir,
sevib-seçib ailə qururlar.
«Arşın mal alan»da dramaturji
baxımından aparıcı, əsas bədii-ifadə
vasitəsi musiqidir. Məhz musiqi məzmunun
parlaqlığına və inkişaf səviyyəsinə
görə çox vaxt əsərin janrını
komik opera kimi müəyyənləşdirirlər.
Musiqi dramaturgiyasının vahidliyinə
arşınmalçının
məşhur mahnısından bir mövzunun
məhəbbət leytmotivi kimi geniş səslənməsi
də dəlalət edir. Əsas musiqili forması
və xasiyyətnaməsi üçün
Üzeyir Hacıbəyov ənənəvi
kupletləri deyil, daha mürəkkəb
və dərin forma olan ariyanı seçir.