|
|
ƏSGƏR: |
Yox, xala, bu əl verməz, mən gərək
əvvəlcə özüm qızı görəm,
ondan sonra xoşuma gəldi alam, gəlmədi
almayam. |
CAHAN: |
Bəs
sən kişi xeylağı, qızı nə
sayaq görərsən? Xalq qızını
sənə göstərərmi? |
ƏSGƏR: |
Hə, bəs elə mətləb buradadır.
Səhərdən bəri sənə deyirəm
ki, bunun axırı necə olsun? İstəyirəm
evlənəm, amma bilmirəm ki, kimi alım?
Cünki heç kəsi görməmişəm
və görmək də olmaz. |
|
|
|
|
Əsgərin
ariyası
Cahanın mahnısı
və rəqs
Süleymanın mahnısı
Mahnı
və rəqslər. Süleyman,
Cahan, Vəli)
Gülçöhrənin
ariyası
Tellinin nəğməsi
Əsgərin
nəğməsi
Qızların xoru
Əsgərin və Gulçöhrənin
dueti
Gülçöhrənin ariyası
Asya və Tellinin dueti
Əsgərin nəğməsi
Soltan bəyin mahnısı
Gülçöhrənin
nəğməsi
Asyanın
nəğməsi
Rəqs
Vəli
ilə Tellinin dueti
Gülçöhrənin
etirafı
Trio. Asya, Telli və Gülçöhrə
Gülçöhrənin
naləsi
Rəqs |
|
CAHAN: |
Ay xalan sənə qurban! Sən gəl ata-baba
yolu ilə evlən. Sənin nə borcundur. Qoy
mən gedim, sənə qız alım, hərgah
pis olsa, təqsir mənim boynuma. |
ƏSGƏR: |
Ay xala, sən nə fikirdəsən? Mən
arşını iki şahılıq çiti
görməmiş almaram, halbuki diri gözlü
arvad ola! Ata-baba yolu ilə evlənsəm gərək
alam, boşayam, alam, boşayam. Ta ki içindən
bir nəfəri xoşuma gəlib qala... Yox, mən
bu sayaq ilə evlənmək istəmirəm.
Bacarsan, mənə bir yol göstər ki, qızı
görüm, sonra alım. |
CAHAN: |
Xalan sənə qurban, nə yol göstərim?
Hərgah sən arvad olsa idin, yanımca aparıb
ev-ev gəzdirərdim. |
ƏSGƏR |
(gülür):
Arvad olsa idim, evlənməzdim
ki... |
CAHAN: |
Bəs nə sayaq olsun? |
ƏSGƏR: |
Görünür ki, heç bir yol yoxdur,
onun üçün də mən evlənmirəm.
|
(Vəli ah çəkir,
sükut).
(Musiqi çalınır, sonra Süleyman daxil
olur)
|
|
|
|
|