Əsgərin ariyası
Cahanın mahnısı
və rəqs
Süleymanın mahnısı
Mahnı
və rəqslər. Süleyman,
Cahan, Vəli)
Gülçöhrənin
ariyası
Tellinin nəğməsi
Əsgərin
nəğməsi
Qızların xoru
Əsgərin və Gulçöhrənin
dueti
Gülçöhrənin ariyası
Asya və Tellinin dueti
Əsgərin nəğməsi
Soltan bəyin mahnısı
Gülçöhrənin
nəğməsi
Asyanın
nəğməsi
Rəqs
Vəli
ilə Tellinin dueti
Gülçöhrənin
etirafı
Trio. Asya, Telli və Gülçöhrə
Gülçöhrənin
naləsi
Rəqs |
|
XX GƏLİŞ
Asya tək. Sonra Gülçöhrə və
Telli. |
ASYA: |
Gör,
sən allah, qızın cürətinə bax,
atasına açıb deyir ki, arşın malçıya
bənd olmuşam. Lap xatadır bu qızın
işi. |
(Gülçöhrə
ilə Telli gəlirlər. Gülçöhrə
taxtın üstünə yıxılır). |
№
19. Trio. Asya, Telli və Gülçöhrə.
|
ASYA və
TELLİ: |
(oxuyurlar). |
|
Bəsdir,
bunca ahü-zarın,
Nəyə lazım bunca fəryad – 2
Layiqdirmi ola yarın
Atan ola sənə yad. – 2 |
GÜLÇÖHRƏ: |
Arşın
mal alan,
Arşın mal alan,
Qalmadı ixtiyarım
Sənsən can alan,
Odlara salan,
Qalmadı ixtiyarım.
Eşqin əsərin,
Çəkməzdim nə əzab, nə cəfadan
Sevdim səni mən,
Rəhm eyləmədin,
Saldın sən məni dərdə,
Ah! Yandım. |
ASYA
və TELLİ: |
Bəsdir bunca ahü-zarın,
Nəyə
lazım bunca fəryad,
Nəyə lazım bunca fəryad, fəryad. |
|
|
|