|
|
SÜLEYMAN: |
Bəy, gərək uşaq olmasın. Amma onu bil ki, Əsgər
özgə adamdır. Bəy, o sayaq oğlanın
qohumluğu sənin üçün hər bir
barədə yaxşı olar. |
SOLTAN BƏY: |
Sən orasını, Süleyman, doğru deyirsən, həqiqət
tacir tayfası mənim xoşuma gəlir. Yoxsa
bu incinar-mincinar, doktor-moktor, vəkil-məkil,
uçitel-muçitellər ilə mənim işim
olmaz və xoşuma da gəlməzlər. Ancaq
burası var ki, Əsgəri mən görməmişəm.
Hərçənd bilirəm atası yaxşı
kişi idi və dövləti də çox
idi, ancaq bəzi vaxt yaxşı kişinin pis
övladı olur. |
|
|
|
|
Əsgərin
ariyası
Cahanın mahnısı
və rəqs
Süleymanın mahnısı
Mahnı
və rəqslər. Süleyman,
Cahan, Vəli)
Gülçöhrənin
ariyası
Tellinin nəğməsi
Əsgərin
nəğməsi
Qızların xoru
Əsgərin və Gulçöhrənin
dueti
Gülçöhrənin ariyası
Asya və Tellinin dueti
Əsgərin nəğməsi
Soltan bəyin mahnısı
Gülçöhrənin
nəğməsi
Asyanın
nəğməsi
Rəqs
Vəli
ilə Tellinin dueti
Gülçöhrənin
etirafı
Trio. Asya, Telli və Gülçöhrə
Gülçöhrənin
naləsi
Rəqs |
|
SÜLEYMAN: |
Xeyir, bəy, Əsgər çox gözəl oğlandır.
Çox ağıllı, yaraşıqlı
və çox da şüurlu oğlandır.
O barədə təvəqqə edirəm ki,
mənə etibar edib sözümə inanasan,
hərgah, allah eləməmiş, Əsgər
pis adam olsa idi, mən sənin qapına gəlib,
qızını ona istərdimmi? |
SOLTAN BƏY: |
Elə isə allah xeyir versin, razıyam. |
SÜLEYMAN: |
(əl verir).
Allah xeyir versin, hər
ikisi xoşbəxt olsun. Oğul-uşaq sahibi
olsunlar. |
SOLTAN BƏY: |
İndi buyur da! Buyur gedək o biri otağa, çaydan-zaddan
içək, söhbətimizi də orada edək
|
(durub
o biri otağa gedirlər). |
(Asya
içəri girir). |
|
ASYA: |
Vallah,
heç belə gözəl oğlan ömrümdə
gərməmişəm. Qoy indi də bu qapının
deşiyindən baxım (Əyilib qapının
deşiyindən baxır). Mən də bu
oğlana bənd olacağam. Daha nə qayırım?
Gülçöhrə bazarın gədəsinə
bənd olanda, mən niyə bəy balası
kimi bir cavana bənd olmayım? Elə olaram ki,
hələ Gülçöhrəni də ötərəm.
Uf, həqiqət, adamın adama gözü düşəndə
əhvalı necə pərişan olur (oxuyur). |
|
|
Gözəlim,
yar gözəlim,
Bir sözüm var gözəlim – 2
Bu yazıq yarına hərdən
Bir nəzər sal gözəlim.
Aşiq oldum sənə mən,
Etmədim lütfü-kərəm.
Bu yazıq yarına hərdən
Bir nəzər sal gözəlim. – 2
Gözəlim, yar gözəlim,
Bir sözüm var gözəlim
Bu yazıq yarına hərdən.
Bir nəzər sal gözəlim. |
№ 16.
Rəqs.
(Gedir.
Telli içəri girir).
|
|
TELLİ: |
Yaxşı
ki, qonaq gəldi, məni ağamın əlindən
qurtardı. Yoxsa oramı basdır, buramı basdır,
oramı ov, buramı ov! Daha həlak elədi
məni. Belə şorgöz kişi olmaz. Nə
olaydı, bir allah bəndəsi olsa idi, mənicə
alardı, canımı qurtarardı. Amma hanı
bir elə allah bəndəsi?
(Qapı
döyülür). Bu kimdir? Yoxsa allah bəndəsini
yetirdi? |
(Qapını
açır. Vəli daxil olur). |
|
|
|
|