Əsgərin
ariyası
Cahanın mahnısı
və rəqs
Süleymanın mahnısı
Mahnı
və rəqslər. Süleyman,
Cahan, Vəli)
Gülçöhrənin
ariyası
Tellinin nəğməsi
Əsgərin
nəğməsi
Qızların xoru
Əsgərin və Gulçöhrənin
dueti
Gülçöhrənin ariyası
Asya və Tellinin dueti
Əsgərin nəğməsi
Soltan bəyin mahnısı
Gülçöhrənin
nəğməsi
Asyanın
nəğməsi
Rəqs
Vəli
ilə Tellinin dueti
Gülçöhrənin
etirafı
Trio. Asya, Telli və Gülçöhrə
Gülçöhrənin
naləsi
Rəqs |
|
GÜLÇÖHRƏ: |
Ay ata, bizə desəydin örtərdik,
bilmədik. |
SOLTAN BƏY: |
Demədim, demədim, keçibdir (əsnəyir).
Di durun gedin evə. Mən də şəhərə
çıxıram. Evdən yaxşı muğayat
olun. Durun! (Qızlar
durub icəri gedirlər). |
III
GƏLİŞ
Soltan
bəy tək. |
SOLTAN
BƏY: |
Eh, rəhmətlik Sona sağ
olaydı. Olmur, olmur. Təklik mənə əl
vermir. Beş ildir ki, gün-gündən geri
gedirəm. İsrağa gün həkim Mirzə
Hüseynə deyirəm ki, oram ağrıyır,
buram ağrıyır, deyir ki, arvad al! Hanı
bir elə arvad ki, uğruma gələ idi, ala
idim! Əlbəttə, mənə qız verməzlər,
çünki yaşım çox, amma pulum yox
və bir də təzədən top-tüfəng
ilə evlənmək mənə yaraşmaz.
Mənimki bir hallıca-dulluca arvaddır ki, bir
nəfər molla, üç manat pul, bir kəllə
qənd ilə iş tamam ola. Ondan sonra arvad başlar
gecələr buğuma həna yaxar, səhərlər
də yuyar: Yatanda da belimə soyuq dəyməz...
Qərəz, gedək bazara, görək nə
var, nə yox (gedir. Əsgər
arxadan oxuyur). |
|
ƏSGƏR:
Arşın
mal alan,
Arşın mal alan,
Bafta, tafta, boxça hey...
(Əsgər
qoltuğunda arşin mak və əlində
arşın səhnəyə çıxır)
|
|
ƏSGƏR: |
Tamam
üç gündür ki, qapı-qapı
dolanıb gəzirəm, amma axtardığımı
tapa bilmirəm. Bu günü də başa
çıxardım, görüm nə olur?
Ey bəxt, səndən mədəd (oxuyur).
Arşın
mal alan,
Arşın mal alan,
Bafta, tafta, boxça hey... |
(Gülçöhrə,
Asya və Telli səhnəyə çıxırlar). |
|
|