V GƏLİŞ


Əsgər, Gülçöhrə, Asya, Telli

TELLİ: Arşın malçı, arşın malçı, bura gəl!
(Qızlar oxuyurlar).


8. Qızların xoru.

Əsgərin ariyası

Cahanın mahnısı və rəqs

Süleymanın mahnısı

Mahnı və rəqslər. Süleyman, Cahan, Vəli)

Gülçöhrənin ariyası

Tellinin nəğməsi

Əsgərin nəğməsi

Qızların xoru

Əsgərin və Gulçöhrənin dueti

Gülçöhrənin ariyası

Asya və Tellinin dueti

Əsgərin nəğməsi

Soltan bəyin mahnısı

Gülçöhrənin nəğməsi

Asyanın nəğməsi

Rəqs

Vəli ilə Tellinin dueti

Gülçöhrənin etirafı

Trio. Asya, Telli və Gülçöhrə

Gülçöhrənin naləsi

Rəqs


 
klavir
audio
video
  Arşın malçı mal göstər,
Bir-bir yerə sal göstər,
Göstər, göstər hər nə var;
Qızlar bəzənmək istər.
Ax nə gözəl parçadır,
Gülləri də qonçadır,
Toy bəzəyi xonçadır, xonça, xonça.
Ondan bir paltarlıq tikdirsəydim,
Oynardım mən doyunca, doyunca.
ƏSGƏR: Aha, deyəsən qız mədəninə düşmüşəm. Üçü birdən çıxdı (Onlara). Deyin görüm, gözəl xanımlar, nə istəyirsiniz? Çit, ipək, məxmər, bafta, tafta, hər şey var.
GÜLÇÖHRƏ: Aç görək xoşumuza gələn nə var?
ƏSGƏR: Bu saat, xanım (açır).
ASYA:   Batmış nə göyçək oğlandır?
ƏSGƏR:  (Gülçöhrəyə diqqətlə baxır): Bax, xanım, hər nə könül istəyən desən, hamısı burada var. (Kənara) Amma əcəb qızdır.
TELLİ:   Ay xanım, o tumanlıq nə yaxşıdır?
ASYA: Eh, nəyə lazım olan şeydir?
GÜLÇÖHRƏ: (Asyaya): sənə lazım olmaz. Amma Telliyə lazım olar.
ƏSGƏR: Doğru buyurursan, xanım (kənara), ağıllı qızdır ha... (ona). Neçə arşın buyurursan, qulluqçunuz üçün kəsim.
GÜLÇÖHRƏ: Arşını neçədəndir?
ƏSGƏR: Heç neçə... On iki qəpikdir, amma sizə iki şahıdan hesab edərəm.
GÜLÇÖHRƏ: Bü çürə çitin arşının biz həmişə səkkiz qəpikdən alırıq, elə versən, on arşın kəs.
ƏSGƏR: Zərər yoxdur. Sizə qurban olsun... (ölçür). Bir, iki, amma deyəsən axtardığımı tapmışam. Üç, dörd, vallahı çox gözəl qızdır. Beş, altı, yeddi, deyəsən elə qismətim bu olacaqdır. Səkkiz, doqquz, görünür ki, zahiri gözəl olan kimi batini də gözəldir. On, on bir, on iki...
GÜLÇÖHRƏ: On arşın bəsdir.
ƏSGƏR:   Hə, fikrimdən çıxdı. Budur elə on arşındır (kəsir, Telliyə verir).
ASYA: Eh, bizə yaraşan heç bir şey yoxdur.
ƏSGƏR: Xanım, sizə yaraşan parçam çoxdur, ancaq evdədir. İnşallah, gələn səfər gətirərəm (Gülçöhrə pul verir). Xanım, evin abadan, sənin əlinin bərəkəti mənə bəsdir.
GÜLÇÖHRƏ: Nə bildin ki, əlim bərəkətlidir?
ƏSGƏR:   Elə belə, ürəyimə damdı ki, sənin əlin bərəkətlidir (kənara), vallah, mən deyən elə budur ki, var. (Gülçöhrəyə), Xanım, bura Soltan bəyin evi deyilmi?
GÜLÇÖHRƏ: Özüdür.
ƏSGƏR:    Abadan olsun. Bəs Soltan bəyin qızı hansınızdır?
ASYA: Bu özüdür.
ƏSGƏR: Allah ömür versin (kənara), çox gözəl qızdır.
ASYA: Ay Gülçöhrə, gəl gedək evə! Yoxsa əmim gələr acığı tutar.
ƏSGƏR: Sağ olun, var olun.
GÜLÇÖHRƏ (gedə-gedə): Sən də sağ ol (gedirlər).

 

  © Musigi Dunyasi, 2003