Əsgərin
ariyası
Cahanın mahnısı
və rəqs
Süleymanın mahnısı
Mahnı
və rəqslər. Süleyman,
Cahan, Vəli)
Gülçöhrənin
ariyası
Tellinin nəğməsi
Əsgərin
nəğməsi
Qızların xoru
Əsgərin və Gulçöhrənin
dueti
Gülçöhrənin ariyası
Asya və Tellinin dueti
Əsgərin nəğməsi
Soltan bəyin mahnısı
Gülçöhrənin
nəğməsi
Asyanın
nəğməsi
Rəqs
Vəli
ilə Tellinin dueti
Gülçöhrənin
etirafı
Trio. Asya, Telli və Gülçöhrə
Gülçöhrənin
naləsi
Rəqs |
|
|
Nədir
sənin dərdin, bu nə ahü-zarıdır?
Nədir sənin fikrin belə tarimarıdır?
Utanma, gəl söylə, belə dərdini mənə,
Nə qüssədir böylə əsər
eyləyib sənə
Bu dünyada yoxdur belə dərdi bi dəva
Davasın al dərdin, belə görgilən
səfa.
Eşitməmişsənmi belə bir məsəl
də var?
Nə arzu varsa belə, axtaran tapar.
Balam nə olub ki, belə qaradinməz durubsan?
Yoxsa dünyanın dərdi sənə qalıbdır?
|
ƏSGƏR: |
Ay Süleyman,
yaxşı oldu ki, sən gəldin. Axı deyirlər
sən bir ağıllı adamsan, gəl görüm
sən nə məsləhət görürsən? |
SÜLEYMAN: |
Deməli,
sən özün inanmırsan ki, mən ağıllıyam? |
ƏSGƏR: |
İnanıram,
amma məsləhət töksən, lap yaxşı
inanaram. |
SÜLEYMAN: |
Bir-bir
söylə görüm nə olubdur? |
ƏSGƏR: |
Nə
olacaqdır, onu fikir edirəm ki, yaxşı,
axı bunun axırı nə olsun? Elə bu
dünya belə gəlib, belə getsə... |
SÜLEYMAN: |
(onun
sözünü kəsir): Dayan,
bildim nə istəyirsən? |
ƏSGƏR: |
Nə istəyirəm? |
SÜLEYMAN: |
Əlbəttə,
arvad almaq istəyirsən. |
(Hamı
təəccüb edir). |
ƏSGƏR: |
Baho, nə
bildin? |
SÜLEYMAN: |
Sifətindən
görürəm. Onu bilməyə nə var
ki? (Cahana)
Belədir, belə deyil,
xala? |
CAHAN: |
Qadan alım,
əlbəttə, belədir. |
SÜLEYMAN: |
Belədir,
belə deyil, Vəli? |
VƏLİ: |
Bəy, əlbəttə belədir. |
SÜLEYMAN |
(Əsgərə):
İndi bildin ki, mən ağıllıyam? |
ƏSGƏR: |
Yarısına
qədər bildim. İndi, aşna, bir iş
də var. Hərgah ona da bir tədbir töksən,
onda bilərəm ki, başdan ayağa qədər
ağıllısan. |
SÜLEYMAN: |
Di bir-bir
söylə, qulaq asım. |
ƏSGƏR: |
Bax, Süleyman,
mən belə fikirdəyəm ki, qız almaq
mal almaq kimi bir şeydir: indi malın pisi, yaxşısı
olan kimi... |
SÜLEYMAN: |
Dayan,
bildim nə istəyirsən. |
ƏSGƏR: |
Nə
istəyirəm? |
SÜLEYMAN: |
İstəyirsən ki, əvvəlcə
qızı görüb, baxıb, sonra alasan. |
(Hamı
təəccüb edir) |
|
|