Əsgərin
ariyası
Cahanın mahnısı
və rəqs
Süleymanın mahnısı
Mahnı
və rəqslər. Süleyman,
Cahan, Vəli)
Gülçöhrənin
ariyası
Tellinin nəğməsi
Əsgərin
nəğməsi
Qızların xoru
Əsgərin və Gulçöhrənin
dueti
Gülçöhrənin ariyası
Asya və Tellinin dueti
Əsgərin nəğməsi
Soltan bəyin mahnısı
Gülçöhrənin
nəğməsi
Asyanın
nəğməsi
Rəqs
Vəli
ilə Tellinin dueti
Gülçöhrənin
etirafı
Trio. Asya, Telli və Gülçöhrə
Gülçöhrənin
naləsi
Rəqs |
|
ƏSGƏR: |
Biçarə
Gülçöhrənin başına əngəllər
açdım. İndi yazıq qız elə
bilir ki, doğrudan da onu özgəsinə ərə
verirlər. Amma əcəb sözü üstə
dayanan qızdır. Xoşluq ilə ərə
getməyə razı olmadı. Odur ki, atasının
təvəqqəsinə görə adam göndərmişəm
ki, götürüb qaçsınlar. Zərər
yoxdur. Bir iki saatdan sonra kələyimin üstü
açılar, onda qız da sevinər. Mən
də sevinərəm, atası da sevinər. Amma
ürəyim çox bərk tələsir, istəyirəm
ki, qızı tez gətirsinlər ki, yazıq
daha artıq əziyyət çəkməsin.
Amma qəribə iş gördüm ha. Evlənmədim,
evlənmədim, axırda bu kələk ilə
evləndim, heç pis eləmədim, yaxşı
elədim. Allah Süleymanın atasına rəhmət
eləsin, əcəb şey öyrətdi. İndi
heç olmazsa gördüyüm, bəyəndiyim
qızı alıram, qız da məni sevir. Qərəz,
gedim görüm xalam dediklrimi düzəldibdirmi?
|
(Gedir.
Bir azdan sonra bir neçə nəfər Gülçöhrəni
içəri gətirirlər və qapını
örtüb gedirlər.
Gülçöhrə
bərkdən ağlaya-ağlaya taxtın üstünə
yıxılır). |
|
GÜLÇÖHRƏ: |
Ax! Bu
nə əzabdır mən çəkirəm!
Məni güc ilə, zor ilə ərə verirlər,
bilmirəm kimə verirlər, məni sevdiyimdən
ayırırlar. İstəmirəm mən bu
dövləti, bu dəstgahı, mən öz
sevdiyimi istəyirəm. |
(Üzünü
tutub ağlayır, oxuyur).
№ 20. Gülçöhrənin
naləsi.
|
|
Hicran
dərdi, fələk verdi – 2
Bunca cəfanı layiq gördü – 2
Yoxdur taqət səbrə halət, – 2
Ölmək yaxşıdır nə ki, bu zillət
– 2
Ey xuda rəhm et, ey xuda rəhm et,
Qıl mədəd yarəb, mən yazığa
rəhm et.
Ey xuda rəhm et, ey xuda rəhm et,
Qıl mədəd yarəb, mən yazığa
rəhm et. |
|
Yox, mən
bu hala davam edə bilmərəm. Daha məndə
tab və taqət yoxdur. Hamısından yaxşısı
budur ki, bir kərəlik özümü boğum,
öldürüm. Canım qurtarsın. |
(dəsmalını
açıb burur ki, özünü boğsun,
bu əsnada arşın malçının
səsini eşidib təəccüblə qulaq
asır,
Əsgər
içəri girir). |
III GƏLİŞ
Gülçöhrə
və Əsgər.
|
GÜLÇÖHRƏ: |
(təəccüb
ilə baxır). Sənsən,
yoxsa özgədir? |
ƏSGƏR: |
Mənəm,
mənəm, Gülçöhrə, arxayın
ol! |
GÜLÇÖHRƏ: |
(ağlayır).
Görürsən mənim başıma
nə işlər gətirirlər? Bir qədər
gec gəlsə idin özümü öldürmüşdüm.
Sən bura nə sayaq gəldin? Səni burada
görsələr öldürərlər. Mümkün
var isə gəl tez qaçaq! |
ƏSGƏR: |
(gülür).
Hara qaçaq öz evimizdən? |
GÜLÇÖHRƏ: |
(heyrət
ilə). Nə danışırsan,
bura kimin evidir? |
ƏSGƏR: |
Bura mənim
evimdir, indi də olacaq bizim evimiz. |
GÜLÇÖHRƏ: |
Heç
başa düşmürəm. Nə danışırsan?
Məni kim götürüb qaçıb? |
ƏSGƏR: |
Mən
göndərdiyim adamlar. |
GÜLÇÖHRƏ: |
Bəs
mən elə bildim ki, atam verdiyi tacirin adamları
götürüb qaçdılar. |
ƏSGƏR: |
Əlbəttə,
elədir. |
|
|