|
|
GÜLÇÖHRƏ: |
(lap
heyran qalır). Yenə
başa düşmədim. Allah eşqinə,
məni başa sal görüm, bu nə kələkdir? |
ƏSGƏR: |
(gülür).
Bax, Gülçöhrə,
sənə aşiq olan arşın malçı
da mənəm, atanın ərə vermək
istədiyi tacir oğlan da. Mən yalandan arşın
malı satıb özümə qız axtarırdım
ki, axırda səni tapdım və atandan istədim,
razılıq verdi. Amma atan bilmədi ki, mən
arşın mal satanam. Çünki o əvvəldən
məni görməmişdi. |
GÜLÇÖHRƏ: |
Ay
biinsaf! Bəs mənə yazığın gəlmədi
ki, bu qədər əziyyət çəkdim!
Atam məni öldürməli oldu, öz-özümü
boğmalı oldum! Belə bilsəydim səni
sevməzdim. |
|
|
|
|
Əsgərin
ariyası
Cahanın mahnısı
və rəqs
Süleymanın mahnısı
Mahnı
və rəqslər. Süleyman,
Cahan, Vəli)
Gülçöhrənin
ariyası
Tellinin nəğməsi
Əsgərin
nəğməsi
Qızların xoru
Əsgərin və Gulçöhrənin
dueti
Gülçöhrənin ariyası
Asya və Tellinin dueti
Əsgərin nəğməsi
Soltan bəyin mahnısı
Gülçöhrənin
nəğməsi
Asyanın
nəğməsi
Rəqs
Vəli
ilə Tellinin dueti
Gülçöhrənin
etirafı
Trio. Asya, Telli və Gülçöhrə
Gülçöhrənin
naləsi
Rəqs |
|
ƏSGƏR: |
Bəs
burası var ki, bu şadlığımız,
bütün o əziyyəti yuyub aparır. Elə
deyilmi maralım? |
GÜLÇÖHRƏ: |
(axırda
razı olur). Elədir. |
ƏSGƏR: |
Di gəl
gedək. O biri otaqları bir-bir gəzək və
xalamı da görək. |
(gedirlər,
Soltan bəy içəri girir) |
|
SOLTAN
BƏY: |
Vallah, yenə ata ürəyidir,
tab gətirmədi. Dedim, gedim görüm, bəlkə
qız özünə xəsarət yetirdi.
(Ora-bura baxır).
Bəs hanı bunlar? Ay
uşaqlar, kim var? |
(Əsgər
daxil olur). |
V GƏLİŞ
Soltan bəy və Əsgər.
|
ƏSGƏR: |
Salaməleyküm,
Soltan bəy! Sən bizə xoş gəlmisən! |
SOLTAN
BƏY: |
(əvvəl xoş üz
ilə, lakin sonra təəccüb ilə).
Balam, sən Əsgərsən,
yoxsa o arşın mal satan? |
ƏSGƏR: |
Xeyir,
bəy, mən Hacı Mürsəl oğlu Əsgərəm.
Sənətim də tacirlikdir. |
SOLTAN
BƏY: |
Deyirəm axı, ancaq mənim gözümə
belə cöründü ki, qabağımdakı
o gədədir. |
ƏSGƏR: |
Hansı
gədə? |
SOLTAN
BƏY: |
Heç, bir gədə var idi, arşın
malı satardı. |
ƏSGƏR: |
Bilirəm,
sən istədin ki, onun xalasını alasan.
O da əvəzində qızını istədi,
sən də acıqlanıb qovdun, elədirmi? |
SOLTAN
BƏY: |
(təəccüb ilə).
Elədir... Balam, sən haradan
bilirsən? |
ƏSGƏR: |
Necə bilməyim
ki, o mən özüm idim. |
SOLTAN
BƏY: |
(heyrət ilə).
Nə danışırsan? |
ƏSGƏR: |
Bəli,
bəli, mən qəsdən elə etdim ki, qızı
görüm, sonra alım. |
SOLTAN
BƏY: |
Doğru deyirsən? |
ƏSGƏR: |
Budur,
qızın təsdiq edər. (Gülçöhrəni
çağırır).
Gülçöhrə!
|
(Gülçöhrə
içəri girir, atasınıgörüb
yaxınlaşır). |
VI GƏLİŞ
Soltan bəy, Əsgər
və Gülçöhrə.
|
GÜLÇÖHRƏ: |
Bax,
ata, həm sən deyən oldu, həm mən
deyən. Əsgər bizi kələyə qoydu,
sənin acığına, mənim də əzabıma
səbəb oldu. Bütün təqsir bundadır. |
SOLTAN
BƏY: |
Hə, indi başa düşdüm.
Çox kələkbaz imişsən. Balam, rəhmətlik
sənin atan heç belə deyildi. Ya allah
(əl verir). Kefin
yaxşıdırmı? A qız Gülçöhrə,
bəri gəl! (Gülçöhrə
gəlir, atası onun alnından öpür).
Çox gözəl, çox
pakizə, vay səni, Əsgər! Amma əcəb
kələkbaz imişsən! (Yadına
düşür). Yaxşı,
balam, bəs sənin xalan necə oldu? Həqiqət,
o, sənin xalan idi? Yoxsa o da kələk idi? |
ƏSGƏR: |
Xeyir,
doğrudan xalamdır. |
SOLTAN
BƏY: |
Özü də duldurmu? |
ƏSGƏR: |
Bəli,
duldur. |
SOLTAN
BƏY: |
Di ver gəlsin! |
ƏSGƏR: |
Gəlsin,
nə deyirəm. Gülçöhrə, zəhmət
çək, xalamı çağır.
|
(Gülçöhrə
gedir) |
|
|
|
|