VII GƏLİŞ
Soltan bəy, Əsgər, sonra Gülçöhrə və Cahan.

SOLTAN BƏY:  Gəlsin onu alım! O dul, mən dul. Həkim də mənə deyib ki, gərək arvad alasan. Mən bilən, həkim xalanı da görsə, deyər ki, ərə get!
ƏSGƏR:      Nə sözüm var ki. Al da, al! İkibaşlı qohum olaq. İndi bildinmi ki, ikibaşlı qohum olmaq nə deməkdir?

Əsgərin ariyası

Cahanın mahnısı və rəqs

Süleymanın mahnısı

Mahnı və rəqslər. Süleyman, Cahan, Vəli)

Gülçöhrənin ariyası

Tellinin nəğməsi

Əsgərin nəğməsi

Qızların xoru

Əsgərin və Gulçöhrənin dueti

Gülçöhrənin ariyası

Asya və Tellinin dueti

Əsgərin nəğməsi

Soltan bəyin mahnısı

Gülçöhrənin nəğməsi

Asyanın nəğməsi

Rəqs

Vəli ilə Tellinin dueti

Gülçöhrənin etirafı

Trio. Asya, Telli və Gülçöhrə

Gülçöhrənin naləsi

Rəqs


SOLTAN BƏY: Bildim, bildim, a kələkbaz! (Gülçöhrə və Cahan daxil olurlar. Cahan xalaya muraciətlə). Əşi, gəl də! İrəli gəl! Görürsən sənin bu bacın oğlu nə kələkbaz imiş. İndi nə deyirsən? Bir nəfər molla, bir kəllə qənd və üç manat pul ilə aran necədir? Deyirəm ki, Əsgər ilə Gülçöhrənin və sənin ilə də mənim toyumuz bir olsun.
CAHAN:  Nə deyirəm, allah xeyir versin.
SOLTAN BƏY:  Balam, uşaqlar evdə tək qaldılar, nigaran qaldılar, sizin gədəni göndərin Asya ilə Tellini gətirsinlər.
ƏSGƏR:  Bu saat gedim göndərim (çıxır).
SOLTAN BƏY:  Əşi, vallah sevindiyimdən elə bil ki, cavan oldum. (Tez sözünü dəyişir). Yəni qoca deyiləm, elə cavan kimi bir oğlanam, maşallah olsun mənə (Əsgər gəlir).
ƏSGƏR:  Göndərdim getdi.
(Süleyman daxil olur)

 

VIII GƏLİŞ
Əvvəlkilər və Süleyman.

SÜLEYMAN: Salaməleyküm!
SOLTAN BƏY:  Baho, Süleyman, əleyküməssalam! Balam, sənin bu dostun nə kələkbaz imiş?
SÜLEYMAN:  Bəli, çox kələkbazdır. Bilmirəm bu kələkləri kimdən öyrənibdir?
ƏSGƏR:      Necə kimdən öyrənibdir? Bunun hamısını sən öyrətmədinmi? Odur, xalam desin!
CAHAN:     Doğrudur! Bütün bu kələklərin başçısı Süleymandır. O öyrətdi.
SOLTAN BƏY:  Belə imiş. Süleyman, mən səni heç belə bilməzdim. Balam, bu işləri haradan öyrənmisən?
SÜLEYMAN:  Bəy, öz başımdan çıxardıram.
SOLTAN BƏY: Ay sənin başın var olsun.
SÜLEYMAN: (birdən Gülçöhrəni görərək). Yaxşı, Gülçöhrə budur?
ƏSGƏR:    Bəli, budur.
SÜLEYMAN:  Bəs mən gördüyüm qız buna oxşamır?
SOLTAN BƏY: Sən yəqin Asyanı görmüsən.
SÜLEYMAN:  Asya kimdir?
SOLTAN BƏY: O mənim qardaşım qızıdır.
SÜLEYMAN: (sevinir). Hə? Əşi elə isə mən nə üçün subay qalım, ver, mən də toy edim də!
SOLTAN BƏY: Doğru deyirsən?
SÜLEYMAN: Bəs necə?
SOLTAN BƏY:  Verdim, al!
SÜLEYMAN: (kənara). Bax, mərd yoldaşın axırı belə olar.
(Asya, Telli və Vəli daxil olurlar).

  © Musigi Dunyasi, 2003