Əsgərin
ariyası
Cahanın mahnısı
və rəqs
Süleymanın mahnısı
Mahnı
və rəqslər. Süleyman,
Cahan, Vəli)
Gülçöhrənin
ariyası
Tellinin nəğməsi
Əsgərin
nəğməsi
Qızların xoru
Əsgərin və Gulçöhrənin
dueti
Gülçöhrənin ariyası
Asya və Tellinin dueti
Əsgərin nəğməsi
Soltan bəyin mahnısı
Gülçöhrənin
nəğməsi
Asyanın
nəğməsi
Rəqs
Vəli
ilə Tellinin dueti
Gülçöhrənin
etirafı
Trio. Asya, Telli və Gülçöhrə
Gülçöhrənin
naləsi
Rəqs |
|
|
|
|
Bülbüli-zarəm gülü ruxsari
alindən cida;
Tutiyi laləm şəkər nisbət məqalindən
cida – 2
Der idim səbr eylərəm, olsam camalından
cida, – 2
Bilmədim dişvar imiş olmaq vüsalindən
cida, – 2
Ax!.. aman, aman, aman, aman, canım.
Aman, yarım aman;
Bilmədim dişvar imiş olmaq vüsalindən
cida, – 2
Yar gəl, yar gəl, yar gəl, yar gəl!
Əqlimi tərk eylədim fəzli kəmalından
cida.
Dönmüşəm mən müflisə cahi
cəlalından cida – 2
Tirə oldu ruzigarım zülfü xalından
cida.
Ax!.. aman, aman, aman, aman, canım aman, yarım
aman;
Oldu səhra mənzilim vəhşi qəzalindən
cida. – 2
Yar gəl, yar gəl, yar gəl, yar gəl. |
(Üzünü
örtüb ağlayır, Asya içəri
girir). |
II
GƏLİŞ
Gülçöhrə
və Asya.
|
ASYA: |
(Gülçöhrənin
yanına gəlir). Ay Gülçöhrə!
Sən allah bir de görüm sənə nə
olub, neçə gündür pərişan
görünürsən? |
GÜLÇÖHRƏ: |
Vallah, heç özüm də bilmirəm,
yəqin naxoşlamışam. |
ASYA: |
Axı
naxoş olanın bir yeri ağrıyar, görünür
ki, sənin heç yerin ağrımır. |
GÜLÇÖHRƏ: |
Ah, Asya, nə üçün soruşursan?
Sən allah qoy məni əldən. |
ASYA: |
Yox, Gülçöhrə,
neçə gündür ki, sən bilmərrə
dəyişibsən, həmişə fikirdə,
kefsiz, dinməz, yəqin burda bir hikmət var...
Ay qız, bəlkə bir adama bənd olubsan?
Hə? |
GÜLÇÖHRƏ: |
Kimə bənd olacağam? |
ASYA: |
Yox, yox,
qızardın, görünür ki, bir adama bənd
olubsan, bizə arşın malçıdan başqa
bir kəs gəlməmişdi. Yəqin o gədəyə
bənd olubsan, hə? |
GÜLÇÖHRƏ: |
Gədə nə üçün olsun? |
ASYA: |
Aha, bildim!
Arşın malçıya gözün düşübdür.
Ay qız, heç sənə yaraşan işdir?
Sən bəy qızı, bəy balası,
bir gədənin birinə bənd olursan?.. Nədir,
nədir, bir qədər sir-sifəti var. Vallah,
istər lap çıraq kimi yansın, heç
bir belə də məhəl qoymaram!
O hara,
mən hara?..
|
GÜLÇÖHRƏ: |
Vallah, heç özüm
də başa düşmürəm ki, bu nə
haldır? (ağlamsınır və
əlləri ilə üzünü örtür).
|
|
|