|
|
ASYA: |
Sən
yekə qızsan. Elə şeyləri başından
çıxart. Sən hara, bazarın gədəsi
hara? Barı bənd olursan, elə adama bənd
ol ki, sənə yaraşan olsun. İkinciyə
qalan yerdə, bənd olmaq özü də qız
üçün çox pis işdir. Bax, mən
də sənin kimi bir qızam, amma heç gör
bir adama bənd olurammı? Bir də, vallahı,
işdir, əgər atan bilsə, yəqin bil
ki, səni tikə-tikə doğrayar. |
GÜLÇÖHRƏ: |
Qoy atam bilsin, bir kərəlik məni
öldürsün, canım qurtarsın. |
|
|
|
|
Əsgərin
ariyası
Cahanın mahnısı
və rəqs
Süleymanın mahnısı
Mahnı
və rəqslər. Süleyman,
Cahan, Vəli)
Gülçöhrənin
ariyası
Tellinin nəğməsi
Əsgərin
nəğməsi
Qızların xoru
Əsgərin və Gulçöhrənin
dueti
Gülçöhrənin ariyası
Asya və Tellinin dueti
Əsgərin nəğməsi
Soltan bəyin mahnısı
Gülçöhrənin
nəğməsi
Asyanın
nəğməsi
Rəqs
Vəli
ilə Tellinin dueti
Gülçöhrənin
etirafı
Trio. Asya, Telli və Gülçöhrə
Gülçöhrənin
naləsi
Rəqs |
|
ASYA: |
Axmaqlama,
axmaqlama, gəl bəri, gedək o biri otağa,
gör sənə nələr danışacağam...
(Asya və Gülçöhrə o biri
otağa keçirlər, Soltan bəy gəlir). |
III GƏLİŞ
Soltan bəy tək. |
SOLTAN
BƏY: |
Zalım
oğlu arşınmalçının xalası
yaxşı girimə keçmişdi, olmadı!
Əsl mən deyən arvad elə o idi, hallıca,
dulluca, əndamlı, bir nəfər molla, üç
manat pul və bir kəllə qənd, şüd
tamam, vəssalam. Amma di gəl ki, məndə
bəxt yoxdur. Qudurğan oğlu qudurğan! Bir
dul xalasının əvəzində gözəl-göyçək
qızımı istəyir. Guya mən qızımdan əl
çəkmişəm ki, bazarın gədəsinə
verəm. Mən bir bəyəm ki, bütün
tanışlarım adımı höccələməmiş
əzbər bilir! Mən xan ilə aş yemirəm
ki, buğum yağa batar. Bir gədənin birisi
mənimlə qohum olmaq istəyir. Amma xalasını
alardım və bir söz deyən olsaydı,
deyədim ki, bir fəqir dul arvad idi, rəhmim
gəldi, aldım; şeytan oğlu şeytan
işə pərxaşlıq saldı, qoymadı
işimizi görək... Eh, gedək bir az dincələk!
Yenə belimin ağrısı tutdu... (gedir, Telli çıxır). |
|
TELLİ: |
Uf, yenə ağam
getdi uzanmağa. Kişi lap zəhləmi tökübdür.
Heç bu cür şörgöz kişi görməmişəm.
İndi yenə çağıracaqdır ki,
«Ay qız Telli, gəl üstümü basdır». |
(Soltan bəy səhnə arxasından:
«Ay qız Telli! Gəl üstümü basdır»).
Zəhrimar Telli, çor Telli! (Bərkdən) gəlirəm
ağa, gəlirəm.
(Gedir. Asya içəri girir).
|
|
ASYA: |
Ha öyüd, nəsihət verirəm,
olmur. Görünür ki, qız gədəyə
çox bərk bənd olubdur. Ağlayır,
ağlayır, gözünün yaşını
dolu kimi tökür. Adamın rəhmi gəlir.
Bilmirəm hayandan gəldi çıxdı bu
arşın malçı? Yenə bir bəy
balası ola, ya bir tacir oğlan ola, yeri var. Halbuki
bazarın gədəsi. (Pəncərəyə
tərəf baxır).
O kimdir bizə gəlir? Buy,
nə yaxşı oğlandır. Vallah, lap bəy
balasına oxşayır. Bax, adam bənd olanda
beləsinə bənd olar. Görəsən
bizə niyə gəlir? Xeyir xəbər ola,
gəlir, gəlir, düz bizə gəlir. Qoy
gəlsin, qaçmayacağam (qapı döyülür, Asya qapını
açır, Süleyman içəri girir).
|
|
|
|
|