Əsgərin
ariyası
Cahanın mahnısı
və rəqs
Süleymanın mahnısı
Mahnı
və rəqslər. Süleyman,
Cahan, Vəli)
Gülçöhrənin
ariyası
Tellinin nəğməsi
Əsgərin
nəğməsi
Qızların xoru
Əsgərin və Gulçöhrənin
dueti
Gülçöhrənin ariyası
Asya və Tellinin dueti
Əsgərin nəğməsi
Soltan bəyin mahnısı
Gülçöhrənin
nəğməsi
Asyanın
nəğməsi
Rəqs
Vəli
ilə Tellinin dueti
Gülçöhrənin
etirafı
Trio. Asya, Telli və Gülçöhrə
Gülçöhrənin
naləsi
Rəqs |
|
|
VƏLİ: |
Soltan bəyin evi buradır? |
TELLİ: |
Hə, buradır, nə işin var? |
VƏLİ: |
Sizdə bir nəfər qonaq varmı? |
TELLİ: |
Hə, var, necə? |
VƏLİ: |
Daha neçin acığın tutur? |
TELLİ: |
Acığım neçin tutsun, sən kimsən? |
VƏLİ: |
Mən kilimçi, (kənara) amma əcəb qızdır,
yəqin qulluqçudur. |
TELLİ: |
Kilimçi nədir? |
VƏLİ: |
Bir əvvəlcə de görüm, sən kimsən? |
TELLİ: |
Mən bu evin qulluqçusuyam. |
VƏLİ: |
Mən də o evin nökəriyəm. |
TELLİ: |
Hansı evin? |
VƏLİ: |
Belə o evin, o! |
TELLİ: |
Buy, elə bil ki, gədə dəli olubdur. |
VƏLİ: |
Dəli nə üçün oluram, maralım? |
TELLİ: |
Mən maral deyiləm. |
VƏLİ: |
Belə, məndən ötrü maralsan (oxuyur). |
№
17. Vəli ilə Tellinin dueti.
|
VƏLİ: |
Qoy xanımı bəy aparıb
Tezliki lə toy eləsin,
Sənidəcə mən alaram,
Mən də bir bəy olaram.
|
TELLİ: |
Pulun var? |
VƏLİ: |
Var, var. |
TELLİ: |
Pulun var? |
VƏLİ: |
Var, var. |
TELLİ: |
Pulun var, gələrəm, |
VƏLİ: |
Bilirəm gələrsən. |
TELLİ: |
Belə, belə yarımsan |
VƏLİ: |
Belə, belə canımsan |
TELLİ: |
Mən gedərəm ol kəsə kim
Onun pulu çox olsun,
Onun pulu çox olsun.
Dərdi, qəmi az olsun
Pulun var? |
VƏLİ: |
Var, var. |
TELLİ: |
Pulun var, gələrəm |
VƏLİ: |
Bilirəm, gələrsən |
TELLİ: |
Belə, belə yarımsan, |
VƏLİ: |
Belə, belə canımsan. |
(İkisi
bir yerdə oynayırlar). |
|
|