Qoy xanımı bəy aparıb
Tezlikilə toy eləsin
İ k i s i  b i r y e r d ə

VƏLİ:  Sənidəcə mən alaram
TELLİ:  Mənidəcə sən alarsan
VƏLİ:   Mən də bir bəy olaram
TELLİ: Sən də bir bəy olarsan.
Pulun var?

Əsgərin ariyası

Cahanın mahnısı və rəqs

Süleymanın mahnısı

Mahnı və rəqslər. Süleyman, Cahan, Vəli)

Gülçöhrənin ariyası

Tellinin nəğməsi

Əsgərin nəğməsi

Qızların xoru

Əsgərin və Gulçöhrənin dueti

Gülçöhrənin ariyası

Asya və Tellinin dueti

Əsgərin nəğməsi

Soltan bəyin mahnısı

Gülçöhrənin nəğməsi

Asyanın nəğməsi

Rəqs

Vəli ilə Tellinin dueti

Gülçöhrənin etirafı

Trio. Asya, Telli və Gülçöhrə

Gülçöhrənin naləsi

Rəqs


VƏLİ:  Var, var.
TELLİ:  Pulun var, gələrəm.
VƏLİ:  Bilirəm, gələrsən.
TELLİ:  Belə, belə yarımsan,
VƏLİ:     Belə, belə canımsan.
TELLİ:  Tez ol sözünü de görüm, nə istəyirsən?
VƏLİ:  Səni istəyirəm, səni, bildin?
TELLİ:  Buy, əcəb işə düşdüm.
VƏLİ:  Gözümün işığı, get o qonağa de ki, bir qapıya çıxsın, sözüm var.
(Telli gedir)

XII GƏLİŞ

Vəli tək.
VƏLİ:    Yeri maralım, yeri, yeri ceyranım, yeri! Əcəb qızdır, vallah, qoy ağam qızı alsın, mən də bunu alaram. İkimizin də toyu bir gündə olar.
(Süleyman və Soltan bəy çıxırlar)

 

XIII GƏLİŞ
Vəli, Soltan bəy, Süleyman.

SÜLEYMAN:  Hə, Vəli, sənsən! Bildim nə üçün gəlibsən. Gəl gedək (Soltan bəyə). Hələlik xudahafiz.
SOLTAN BƏY:  Xudahafiz, salamat ol (gedirlər).

 

 

XIV GƏLİŞ
Soltan bəy tək.
SOLTAN BƏY:  (Üzünü o yankı otağa tutub çağırır). Ay qız Telli, Gülçöhrəni, Asyanı bura çağır, gəlsin. Qıza da deyim görüm nə olur? Bəli, dünyanın işi belədir, bir vaxt var idi, biz də cavan idik... İndi... (Gülçöhrə, Asya, Telli içəri girirlər).

  © Musigi Dunyasi, 2003