Əsgərin
ariyası
Cahanın mahnısı
və rəqs
Süleymanın mahnısı
Mahnı
və rəqslər. Süleyman,
Cahan, Vəli)
Gülçöhrənin
ariyası
Tellinin nəğməsi
Əsgərin
nəğməsi
Qızların xoru
Əsgərin və Gulçöhrənin
dueti
Gülçöhrənin ariyası
Asya və Tellinin dueti
Əsgərin nəğməsi
Soltan bəyin mahnısı
Gülçöhrənin
nəğməsi
Asyanın
nəğməsi
Rəqs
Vəli
ilə Tellinin dueti
Gülçöhrənin
etirafı
Trio. Asya, Telli və Gülçöhrə
Gülçöhrənin
naləsi
Rəqs |
|
ƏSGƏR: |
Çox, əcəb, axı nə qədər
uşaq olsam da, yenə də ayaq üstə
dura bilirəm ki. |
(Vəli daxil olub öz
yerində dayanır). |
CAHAN: |
Əlbəttə, dura bilirsən, allaha şükür,
sağ və salamat cavansan! |
ƏSGƏR: |
Yaxşı, indi bu sağ-salamat cavan bəs
neyləsin? Elə yeyib yatsın? |
CAHAN: |
Əsgər, sən allah, gəl mənimlə
açıq danış ki, mən başa düşüm.
Axı mən türkəsayaca bir arvadam. Ərəb
dilini nə başa düşürəm, xalan
sənə qurban? |
ƏSGƏR: |
(kənara): Əşi,
daha utanmaq yeri deyildir ki? (Bərkdən)
Ay xala, bilirsən nə
var? Mən arvad almaq istəyirəm ey, arvad, arvad! |
VƏLİ: |
Elə mən də bunu deyəcəkdim
(hırıldayır). |
CAHAN: |
Buy, a xalan sənə qurban, belə de, mən
də başa düşüm, daha bunun nə
çək-çeviri var ki? |
ƏSGƏR: |
Hə, bəs bunu bil ki, arvad almaq istəyirəm. |
CAHAN: |
Belə çox da yaxşı
eləyirsən. Xalan sənə qurban, allah o
günü eləsin ki, toyunda oynayım. Bax,
Əsgər, xalan sənə qurban, gördün,
axırda gəldin mən deyənə. Neçə
vaxtdır sənə deyirəm ki, Əsgər,
gəl evlən. Ev-eşik yiyəsi, oğul-uşaq
sahibi ol. Amma nə fayda ki, sən qulaq asmırdın
deyə, mən də daha dinmirdim. İndi görünür
ki, mən deyənə gəldin. Əlbəttə,
arvad al, toy elə, dost sevinsin, düşmən
yansın! Bax, istəsən elə günü
bu güncə gedərəm, sənə qız
axtararam. Rəhmətlik bacım canı ağzından
çıxana kimi mənə deyirdi: «Cahan, bax,
Əsgəri sənə tapşırıb gedirəm,
onu tək qoyma, evləndir». (Ağlayır,
Vəli ah çəkir). |
ƏSGƏR: |
Əşi, daha bura ağlamaq yeri deyildir ki,
qoy söhbət açmışıq, görək
axırı necə olur? |
CAHAN: |
Xalan sənə qurban, evlən! |
ƏSGƏR: |
Axı, nə sayaq evlənim? İş elə
burasındadır ki, evlənmək asan iş
deyildir. |
CAHAN: |
Xalan sənə qurban, evlənmək su içmək
kimi asan şeydir. Onda nə çətinlik var
ki? Ələlxüsus sənin kimi cavan ki, allaha
şükür, həmi pulun var, həmi dövlətin
var, həmi cavansan. Vallah, lap padşahın da
qızını istəsən sənə verərlər.
Bax, burada çox fikir lazım deyil. Qoy elə
bu güncə çadramı başıma salıb,
gedim sənin üçün qız bəyənib
seçim. Ya özün mənə de, hansı
bəyin və ya tacirin qızını istəyirsən,
gedim sənə alım. |
ƏSGƏR: |
Axı mən nə bilirəm ki, hansı
bəyin və ya tacirin qızı yaxşıdır?
Mən ki onları görməmişim. |
CAHAN: |
Buy, xalan sənə qurban, bəs mənim
gözlərim kordur? Vallah, gedərəm, dolanaram,
gözərəm, baxaram, bəyənərəm,
seçərəm, sənə bir qız alaram,
bir qız alaram ki, adam baxanda ağlı gedər. |
ƏSGƏR: |
(gülür).
Ay xala, bəs elə olsa ağlım
gedər dəli olaram ki. Sən mənə bir
yaxşı-yaxşı söylə görüm
mənim üçün nə sayaq qız alarsan? |
CAHAN: |
Deyim, qulaq as! (oxuyur). |
№
2. Cahanın mahnısı və rəqs.
|
|
Çadramı
sallam başıma
Üz
- gözümü bəzərəm;
Gedib sənə qız axtarıb,
Hər
tərəfi gəzərəm.
(Oynayır)
Bəyin, xanın,
ya tacirin
Qızlarını
düzərəm;
Çəməndəki o güllərin
Ən gözəlin üzərəm.
(Oynayır)
Xalan
sənə qurban ola,
Zəhmətinə
dözərəm,
Toyunda da sənin, balam,
Bax, beləcə, süzərəm.
(Oynayır).
|
|
|