VI GƏLİŞ

Əsgər tək.

ƏSGƏR:  Sözün doğrusu, bundan yaxşı qız görmədim və ola bilsin ki, görməyim də. Gəl, Əsgər, ya qismət de, bunu al... Soltan bəy məni görməyibdirsə, adımı eşidibdir, bilir ki, dövlətli tacir oğlanam. Yəqin qızı istəsəm verər. İndi görəsən qız bilsə ki, mən doğrudan da arşın mal satanam, mənə gələrmi? Qızı bilmirəm, amma Soltan bəy bilsə ki, mən arşın mal satanam, min il də qalsa qızını mənə verməz. Allahın altında qız bir də çıxa idi, yenə görə idim, danışdıra idim. Bir dəli şeytan deyir ki, bir yerdə gizlən, gözlə, bəlkə qız çıxa. Deyəsən gələn var, gizlənim, görüm kimdir (gizlənir). 

 

Əsgərin ariyası

Cahanın mahnısı və rəqs

Süleymanın mahnısı

Mahnı və rəqslər. Süleyman, Cahan, Vəli)

Gülçöhrənin ariyası

Tellinin nəğməsi

Əsgərin nəğməsi

Qızların xoru

Əsgərin və Gulçöhrənin dueti

Gülçöhrənin ariyası

Asya və Tellinin dueti

Əsgərin nəğməsi

Soltan bəyin mahnısı

Gülçöhrənin nəğməsi

Asyanın nəğməsi

Rəqs

Vəli ilə Tellinin dueti

Gülçöhrənin etirafı

Trio. Asya, Telli və Gülçöhrə

Gülçöhrənin naləsi

Rəqs


(Gülçöhrə çıxır).

VII GƏLİŞ



Gülçöhrə və Əsgər (gizlənmişdir).
GÜLÇÖHRƏ: Asya demişkən, arşın malçının sir-sifəti yaxşı idi. İndi Asyaya desən ki, gəl səni ona ərə verək, bir həşir qatar ki. Deyər, mən arşın malçının tayıyam? Amma məncə, arşın malçılıq pis iş deyil. O da taçir kimi bir şeydir, vallah, atam razı olsa, mən ona ərə gedərəm, çünki nə sayaq olsa da üzünü görmüşəm, bilirəm ki, şil deyil, kor deyil, keçəl deyil... Sifəti də xoşuma gəldi, üzü nəcib adamın üzünə oxşayır. Vallah, onu qəşəng geyindirəsən, bir oğlan çıxar ki, bəy balası kimi. Mənə deyir ki, yəqin sənin əlin bərəkətlidir, özü də elə baxırdı ki, guya tək məni görürdü. Bir də görsə idim, yaxşıca diqqət edərdim. Ah, gör nə danışıram, kim bilir, bəlkə onun arvadı, uşağı var. 
ƏSGƏR (çıxır): Bağışla xanım. 
GÜLÇÖHRƏ (diksinir): Oy, qorxdum...
ƏSGƏR: Qorxma xanım, deyəsən mən arşınımı burda qoyub getmişəm (əlindəki arşını gizlədir). 
GÜLÇÖHRƏ: Olsa burada qalardı (axtarırlar). 
ƏSGƏR: Zərər yoxdur, evdə ayrı arşınım var.
GÜLÇÖHRƏ (kənara): Yenə o sayaq baxır, gözü-gözümə sataşanda, elə bil ki, ildırım kimi məni vurur.
ƏSGƏR:    Xanım, allahın altında Soltan bəyin sənin kimi on iki qızı olaydı.
GÜLÇÖHRƏ: Yəni nə demək istəyirsiniz?
ƏSGƏR: Onu demək istəyirəm ki, bir qızını bəyə, birini xana, birini tacirə, birini mollaya, birini seyidə verib, axırda birini də mənə verə idi.
GÜLÇÖHRƏ: Nə olar ki?..
ƏSGƏR:   Amma yox, verməz. Əlbəttə, verməz. O bir bəy adamdır. Amma mən arşın malçı. O mənə qız verməz... Və bir də, versə də qız gəlməz.

  © Musigi Dunyasi, 2003