XI GƏLİŞ

Əsgər və çadraya bürünmüş Cahan xala.

ƏSGƏR:    Bax, xala, haman qız bu evdə olur. Apararsan bu məxməri və deyərsən ki, arşın malçı göndəribdir. Soruşan olsa ki, sən kimsən, deyərsən ki, arşın malçının xalasıyam. Başa düşdünmü?

Əsgərin ariyası

Cahanın mahnısı və rəqs

Süleymanın mahnısı

Mahnı və rəqslər. Süleyman, Cahan, Vəli)

Gülçöhrənin ariyası

Tellinin nəğməsi

Əsgərin nəğməsi

Qızların xoru

Əsgərin və Gulçöhrənin dueti

Gülçöhrənin ariyası

Asya və Tellinin dueti

Əsgərin nəğməsi

Soltan bəyin mahnısı

Gülçöhrənin nəğməsi

Asyanın nəğməsi

Rəqs

Vəli ilə Tellinin dueti

Gülçöhrənin etirafı

Trio. Asya, Telli və Gülçöhrə

Gülçöhrənin naləsi

Rəqs


CAHAN: Başa düşdüm, xalan sənə qurban, gedirəm (içəri, qızların yanına gedir).

 

XII GƏLİŞ

Əsgər tək
ƏSGƏR: Amma getdikcə qıza daha artıq bənd oluram. Günü bu gün Süleymanı göndərəcəyəm ki, gedib elçilik eləsin. İstədiyimi tapdım. Bu ev, bu həyət, bu küçə, hamısı elə bil ki, üzümə cülür. (oxuyur).

 

12. Əsgərin nəğməsi.

klavir
audio
video

Axtarıb tapdım səni, – 2
Səndəmi sevdin yar məni,
Gör nə haldır görmür gözüm
Şadlığımdan dünyanı.
Gəl, gəl, maralım gəl,
Gəl, gəl, ceyranım gəl,
Səni sevdim, yar səni sevdim – 2
Gözüm görməz özgəni. – 2
Halal olsun Süleyman, – 2
Sən nə kələkbazsan şeytan
Öyrədib məni yola saldın,
Mənə rast gəldi yar can.
Gəl, gəl, maralım gəl, – 2
Gəl, gəl, ceyranım gəl, – 2
Səni sevdim, yar səni sevdim,
Gözüm görməz özgəni.
Səni sevdim, yar səni sevdim. – 2
Gözüm görməz özgəni. – 2

(Gedir. Soltan bəy bazardan qayıdır).

 

XIII GƏLİŞ


Soltan bəy tək.
SOLTAN BƏY:  Elə hamı mən deyəni deyir, bir hallıca, dulluca arvad al ki, bir nəfər molla, üç manat pul və bir kəllə qənd ilə iş tamam olsun. İndi mən nə qayırım? Elə arvadı haradan tapım? Gəl ay arvad! Hardasan? Gəl, gəl!..
(Cahan içəridən çıxır və Soltan bəyə tərəf gəlir).

 

  © Musigi Dunyasi, 2003