Əsgərin
ariyası
Cahanın mahnısı
və rəqs
Süleymanın mahnısı
Mahnı
və rəqslər. Süleyman,
Cahan, Vəli)
Gülçöhrənin
ariyası
Tellinin nəğməsi
Əsgərin
nəğməsi
Qızların xoru
Əsgərin və Gulçöhrənin
dueti
Gülçöhrənin ariyası
Asya və Tellinin dueti
Əsgərin nəğməsi
Soltan bəyin mahnısı
Gülçöhrənin
nəğməsi
Asyanın
nəğməsi
Rəqs
Vəli
ilə Tellinin dueti
Gülçöhrənin
etirafı
Trio. Asya, Telli və Gülçöhrə
Gülçöhrənin
naləsi
Rəqs |
|
CAHAN: |
Arşin malı aparmışdım,
qızlara göstərim. |
SOLTAN BƏY: |
Arvad
olmağına arvaddır, ancaq üzünü
görsəm pis olmaz. (Ona) Yaxşı, bacı,
birdən çarşaba bürünmüş
kişi olmayasan? |
CAHAN: |
Buy, ay qardaş, nə
danışırsan? |
SOLTAN BƏY: |
Bəs elə isə
bir balaca üzünü mənə göstər
ki, yəqinlik hasil olsun. |
CAHAN: |
(yavaş-yavaş üzünü
açır).
Gördün ki, arvadam? |
SOLTAN BƏY: |
Hə,
gördüm (kənara) arvadsan,
özü də lap mən deyənindən
(ona), di
yaxşı, bir məni başa sal görüm,
sən kimsən, nəçisən və kimin
adamısan? |
CAHAN: |
Mən arşın
malçının xalasıyam və özüm
də qızlara, arvadlara mal satıram. |
SOLTAN BƏY: |
Yaxşı, axı,
bir demədin ki, görək kimin adamısan? |
CAHAN: |
Dəllal Kərbəlayı
Nəsirin külfətiyəm. Bəlkə tanıyırsan? |
SOLTAN BƏY: |
Xeyir, tanımıram.
Mənim dəllal-məllal ilə işim olmaz.
Deməli, sənin kişin dəllallıq edir.
Özün də arşın malı satırsan? |
CAHAN: |
Bəli, kişim
dəllallıq eləyərdi. |
SOLTAN BƏY: |
Eləyərdi? Bəs
indi nə iş görür? |
CAHAN: |
İndi allah bilir
ki, nə iş görür. Rəhmətlik on
iki ildir ki, ölübdür. |
SOLTAN BƏY: |
(sevinir).
Ölübdür? Deməli,
sən dulsan? |
CAHAN: |
Bəli,
dulam. |
SOLTAN BƏY: |
Belə
de. (Öskürür və
özünü düzəldir) Deyirsən ki, ərin
ölüb, dul qalıbsan?.. Çox əcəb,
indi bəs biz neyləyək? |
CAHAN: |
(təəccüblə). Nəyi
neyləyək? |
SOLTAN BƏY: |
Yox,
belə onu deyirəm ki, mənim də arvadım
düz beş ildir ki, məhrum olubdur. Belə
olmaq çox pis şeydir. Adam tək qalır,
bilmir ki, nə etsin. (Kənara)
Yaxşıca əlimə düşübdür.
Heç buraxmaq lazım deyil. (Cahan istəyir getsin
Soltan bəy tez qabaqlayır)
Əşi bir dayan, hara tələsirsən? |
CAHAN: |
Tələsirəm,
işim var. |
SOLTAN BƏY: |
Daha bundan gözəl
iş nə ola bilər? Yaxşıca söhbət
edirik. Sən dul, mən dul, gəl dərdləşək
də. Yaxşı, indi sən deyirsən ki,
dulsan, hə?
|
|
|