|
|
GÜLÇÖHRƏ: |
(ağlaya-ağlaya).
Ay ata, vallah, ərə getməyə
heç könlüm yoxdur. Necə
eləyim, sən məni ərə vermə,
qoy evdə qalım. |
SOLTAN
BƏY: |
Qızım, inad olma, atan nə deyir, sən
də ona itaət elə! Eləməsən allah
səni xoşbəxt eləməz, bədbəxt
olarsan. Onu yəqin bil ki, mənim sözüm
sözdür. Mən kişiyə söz verdim.
Allah qoysa bu gün-sabah nişan qoyular, kəbin
kəsilər, toy olar. Gedərsən ərə.
Ərin dövlətli, özü yaxşı
adam, oğul-uşaq sahibi olarsan, ev-eşik yiyəsi
olarsan. Mən də bu qoca vaxtımda bir azca dincələrəm,
arxayın olaram. Sən mən deyənə qulaq
as! |
|
|
|
|
Əsgərin
ariyası
Cahanın mahnısı
və rəqs
Süleymanın mahnısı
Mahnı
və rəqslər. Süleyman,
Cahan, Vəli)
Gülçöhrənin
ariyası
Tellinin nəğməsi
Əsgərin
nəğməsi
Qızların xoru
Əsgərin və Gulçöhrənin
dueti
Gülçöhrənin ariyası
Asya və Tellinin dueti
Əsgərin nəğməsi
Soltan bəyin mahnısı
Gülçöhrənin
nəğməsi
Asyanın
nəğməsi
Rəqs
Vəli
ilə Tellinin dueti
Gülçöhrənin
etirafı
Trio. Asya, Telli və Gülçöhrə
Gülçöhrənin
naləsi
Rəqs |
|
GÜLÇÖHRƏ: |
Ay ata,
indi ki, sən istəyirsən mən ərə
gedim, qoy onda özüm istədiyimə gedim. |
(Asya qorxu
və təəccüb içərisində). |
SOLTAN
BƏY: |
(təəccüb və
heyrət ilə).
Qızım, sən istədiyin
kimdir, söylə görək? |
GÜLÇÖHRƏ: |
(oxuyur). |
№
18. Gülçöhrənin etirafı.
|
|
Məni
saldı olmaz dərdə, arşın mal alan!
Qalmadı
heç taqət məndə, yanaram
Gecə-gündüz fikrim-zikrim, arşın
mal alan!
Ola bilməz özgə fikrim, yanaram.
Onu görcək aşiq oldum, arşın mal
alan
Günü-gündən dərdə doldum, yanaram.
|
SOLTAN
BƏY: |
(bərk hirslənmiş).
Qızım, arşın mal
alan kimdir? (kənara). Yoxsa o xalası olandır? |
GÜLÇÖHRƏ: |
Mən
getsəm ona ərə gedəcəyəm. Onu
istəyirəm. |
SOLTAN
BƏY: |
(qışqırır).
Nə danışırsan.
Axmağın qızı axmaq! Bazarın gədəsinə
ərə gedəcəksən? Dəli olubsan
nədir? Allaha and olsun, bir sillə çəkərəm
ki, dişlərin qarnına gedər. Bəli,
Soltan bəyin qızı bir gədəyə
aşıq olubdur, bəh-bəh, bəh! İndi
bildim ki, nə üçün ərə getmək
istəmirsən? Amma onu yəqin bil ki, əgər
belə axmaqlasan, atamın goru haqqı, sənə
bir toy tutaram, bir toy tutaram ki, nəfəsini bir
kərə çəkərsən. Sən mənim
namusuma toxunan iş görürsən. Nə
haqqın var ki, arşın mal alana baxırsan.
Qoy bir o arşın malçı gözümə
görünsün! Ona mən bir patron çaxım
ki, izi tozu qalmasın! Onu bil ki, mənə Soltan
bəy deyərlər! Mən binamusluğu qəbul
edən adam deyiləm! Səni də öldürərəm,
onu da. |
GÜLÇÖHRƏ: |
(ağlaya-ağlaya).
Ata, vallah, öldür məni
canım qurtarsın. |
SOLTAN
BƏY: |
(çığırır).
Öldürəcəyəm!
Bu papaq mənə haram olsun ki, bir də arşın
mal alan adı tutsan səni tikə-tikə doğrayacağam.
Belə binamusluq olar ki, mənim qızım bir
gədənin birisinə bənd olsun? (ayağını
yerə vurur). Dur, bu saat rədd ol gözümün
qabağından. İtil buradan binamus! |
(Gülçöhrə
durub ağlaya-ağlaya gedir). |
|
|
|
|