XVI GƏLİŞ
Soltan bəy, Asya və Telli.

SOLTAN BƏY: 

(Hövlnak ora-bura gəzir, Asya və Telliyə).
Nə vaxt arşın malçı buraya gəlmişdi?

ASYA:  (qorxa-qorxa). Vallah xəbərim yoxur.
SOLTAN BƏY: Necə xəbərim yoxdur? Yalandan məndən gizlədirsiniz. Cəhənnəm olun siz də burdan.

Əsgərin ariyası

Cahanın mahnısı və rəqs

Süleymanın mahnısı

Mahnı və rəqslər. Süleyman, Cahan, Vəli)

Gülçöhrənin ariyası

Tellinin nəğməsi

Əsgərin nəğməsi

Qızların xoru

Əsgərin və Gulçöhrənin dueti

Gülçöhrənin ariyası

Asya və Tellinin dueti

Əsgərin nəğməsi

Soltan bəyin mahnısı

Gülçöhrənin nəğməsi

Asyanın nəğməsi

Rəqs

Vəli ilə Tellinin dueti

Gülçöhrənin etirafı

Trio. Asya, Telli və Gülçöhrə

Gülçöhrənin naləsi

Rəqs


(Asya və Telli qaçırlar)

 

XVII GƏLİŞ
Soltan bəy tək.

SOLTAN BƏY:  Əcəb başıma kələk gəldi, itin birisi qapıma gəlib qızımı özünə bənd eləyib. Belə binamusluq olar? İndi başa düşürəm ki, nə üçün xalasının əvəzinə qızımı istəyirmiş. Cəhənnəm olsun, onun xalasını da istəmədik. Qız lap dəli kimi olubdur. Gərək tezlik ilə ərə verim çıxıb getsin, yoxsa sonra işdən bir xata çıxar. Süleymanı görsəm deyəcəyəm ki, Əsgərə xəbər versin ki, gəlib qızı götürüb qaçsınlar. Yoxsa görünür ki, xoşa-xoşluqla getməyəcək. Mənim də hirsim tutar, vurub öldürərəm. Ay qız Asya, Telli, bura gəlin.
(Asya və Telli daxil olurlar)

 

XVIII GƏLİŞ


Soltan bəy, Asya və Telli.
SOLTAN BƏY:  Bax, mən gedirəm bazara, siz Gülçöhrəyə öyüd-nəsihət edərsiniz, onu başa salarsınız. Yoxsa vallah, allaha and olsun hamınızı qıraram (gedir).

  © Musigi Dunyasi, 2003