Əsgərin
ariyası
Cahanın mahnısı
və rəqs
Süleymanın mahnısı
Mahnı
və rəqslər. Süleyman,
Cahan, Vəli)
Gülçöhrənin
ariyası
Tellinin nəğməsi
Əsgərin
nəğməsi
Qızların xoru
Əsgərin və Gulçöhrənin
dueti
Gülçöhrənin ariyası
Asya və Tellinin dueti
Əsgərin nəğməsi
Soltan bəyin mahnısı
Gülçöhrənin
nəğməsi
Asyanın
nəğməsi
Rəqs
Vəli
ilə Tellinin dueti
Gülçöhrənin
etirafı
Trio. Asya, Telli və Gülçöhrə
Gülçöhrənin
naləsi
Rəqs |
|
|
|
|
Pərişan
xəlqi aləm ahü-əfğan etdiyimdəndir
– 2
Pərişan olduğum, xəlqi pərişan
etdiyimdəndir – 2
Dili-zarimdə dərdi eşq günü-gündən
füzun olmuş – 2
Utən bidərdə tədbir ilə dərman
etdiyimdəndir – 2
Deyil bihudə gər yağsa fələkdən
başıma daşlar.
Binaın tişeyi - ahımlə viran etdiyimdəndir
– 2
A... a... a... a... a... a... a... gəl yarım –
2
A... Gəl yarım, gəl yarım, gəl,
gəl, gəl, gəl, gəl hey! |
ASYA: |
Ay Gülçöhrə,
sən oxuyanda, həmişə mənim ürəyim
tutulur, bikef oluram. |
GÜLÇÖHRƏ: |
Görünür
ki, oxumağım sənə xoş gəlmir. |
ASYA: |
Yox, çox
xoş gəlir. Elə ona görə də məni
bir sayaq qəm basır, qüssə eləyirəm. |
GÜLÇÖHRƏ: |
Eh, elə
bizim ömrümüz başdan-ayağa qəm,
qüssə deyilmi? |
ASYA: |
Hə,
vallah, doğru deyirsən. |
TELLİ: |
Ay xanımlar,
nə olub ki, belə qəm-qüssə eləyirsiniz?
Allah qoysa, ağam bu gün, sabah sizi ərə
verər. Gedib ev yeyəsi, oğul-uşaq sahibi
olarsınız. Onda qəminiz də olmaz. |
GÜLÇÖHRƏ: |
Ey! A Telli!
O cürə ki, bizi ərə verirlər, heç
verməsələr yaxşıdır. |
TELLİ: |
Nə
üçün, ay xanım? Niyə elə danışırsan? |
GÜLÇÖHRƏ: |
Döğru
deyirəm, vallah! O cürə ərə getmək
mənim xoşüma gəlmir. Heç bilmirsən,
səni kimə verirlər, ərin kim olacaqdır?
Getdiyin adam cavandır, qocadır, keçəldir,
qoturdur, adam döyəndir? |
ASYA: |
(təəccüb
ilə): Bəs ay Gülçöhrə,
onda daha heç ərə getməyib, evdə
qalıb un çuvalına tay olacaqsan? |
TELLİ: |
Allah eləməsin. |
GÜLÇÖHRƏ: |
Mən
deyirəm, məgər evdə qalıb un çuvalına
tay olasan? Mən onu demək istyirəm ki, belə,
adam əvvəlcə görə ki, kimə gedəçəkdir.
Baxa, bəyənə, təhər-tövrünə
bələd ola, sonra ərə gedə. |
ASYA:
|
(gülür):
Yazıq, elə söz
danışırsan ki, bişmiş toyuğun
gülməyi gəlir. Sən bu dörd divarın
arasında kimi görə bilərsən, a yazıq,
hələ baxıb bəyənəsən də. |
GÜLÇÖHRƏ: |
Elə
olanda evdə qız qalmaq yaxşıdır. |
TELLİ: |
Əşi,
təki ağam sizi ərə versin. Mən qaçıb
gedib nişanlınızı görərəm,
evinə, eşiyinə baxaram, sonra gəlib hamısını
sizə nəql edərəm. |
(Gülçöhrə və Asya gülürlər)
|
|
|