Əsgərin
ariyası
Cahanın mahnısı
və rəqs
Süleymanın mahnısı
Mahnı
və rəqslər. Süleyman,
Cahan, Vəli)
Gülçöhrənin
ariyası
Tellinin nəğməsi
Əsgərin
nəğməsi
Qızların xoru
Əsgərin və Gulçöhrənin
dueti
Gülçöhrənin ariyası
Asya və Tellinin dueti
Əsgərin nəğməsi
Soltan bəyin mahnısı
Gülçöhrənin
nəğməsi
Asyanın
nəğməsi
Rəqs
Vəli
ilə Tellinin dueti
Gülçöhrənin
etirafı
Trio. Asya, Telli və Gülçöhrə
Gülçöhrənin
naləsi
Rəqs |
|
(Gedir. Gülçöhrə
çıxıb ora-buraya baxır və sonra
oturub fikrə gedir). |
|
GÜLÇÖHRƏ: |
Bu
nə iş idi mən elədim? Yad oğlan ilə
nələr danışdım, heç qıza
yaraşmaz... Bilmirəm haradan gəldi çıxdı,
bu arşın malçı? Özü yaxşı,
sözü yaxşı... Heç fikrimdən
çıxmır. Ax, necə könlüm pərişan
olub (oxuyur). |
№
10. Gülçöhrənin ariyası.
|
Aşiq oldum necə
bir tazə gülü – rənayə, – 2
Ki salıbdır məni ol işvə ilə
qövqayə – 2
Aşiq oldum, aşiq oldum, aşiq oldum
Necə bir tazə güli – rənayə
Ah!Gözümün qanı ilə sinəmi
al etdim kim,
Səbəbi-sənət ola bütü bi pərvayə,
pərvayə, pərvayə
Bu bir işdir ki, məni iynə kimi incəldib,
Salıb iplik kimi hərdəm bir uzun sövdayə
– 2
Aşiq oldum, aşiq oldum, aşiq oldum
Necə bir tazə güli – rənayə
Ah! |
(Asya və Telli səhnəyə gəlirlər). |
|
Gülçöhrə, Asya və Telli,
Gülçöhrəyə yaxınlaşaraq
oxuyurlar.
№ 11. Asya və Tellinin dueti.
|
ASYA: |
Nə pərişandır
halın? |
TELLİ: |
Halın? |
ASYA: |
Gülçöhrə. |
TELLİ: |
Gülçöhrə. |
ASYA: |
Gülçöhrə. |
TELLİ: |
Gülçöhrə. |
ASYA: |
Nədir bu ahi-zarın, |
TELLİ: |
Zarın, |
ASYA: |
Tez söylə |
TELLİ: |
Gülçöhrə |
ASYA: |
Tez söylə |
TELLI: |
Tez söylə |
ASYA: |
Niyə solmuş
ruxsarın, |
TELLİ: |
Sarın |
ASYA və TELLİ: |
Gülçöhrə,
tez söylə – 4
Qıza layiq olmaz kim – 2
Dərd etsin, qəm çəksin – 2
|
ASYA: |
Nədir bu ahı-zarın, |
TELLİ: |
Zarın, |
ASYA və TELLİ: |
Gülçöhrə,
tez söylə – 4 |
Onlar Gülçöhrəni içəri
aparırlar. Əsgər Cahan xala ilə gəlir.
Cahan çarşaba bürünübdür.
|
|
|