|
|
GÜLÇÖHRƏ: |
Yaxşı,
ay Telli! Görünür bizim adaxlımızı
bir sən görsən bəsdir? Bizim görməyimiz
lazım deyil? |
TELLİ: |
Yox, xanım,
əvvəl mən görərəm, sonra siz
görərsiniz. |
ASYA: |
Yaxşı,
Telli, qoy sən deyən olsun. Təki bizi ərə
versinlər, yerdə qalanı asandır. |
GÜLÇÖHRƏ: |
Yox, mənciyəz
görüb bəyənməyincə ərə
getməyəcəyəm. Amma siz elə görməmişdən
də ərə gedərsiniz. |
|
|
|
|
Əsgərin
ariyası
Cahanın mahnısı
və rəqs
Süleymanın mahnısı
Mahnı
və rəqslər. Süleyman,
Cahan, Vəli)
Gülçöhrənin
ariyası
Tellinin nəğməsi
Əsgərin
nəğməsi
Qızların xoru
Əsgərin və Gulçöhrənin
dueti
Gülçöhrənin ariyası
Asya və Tellinin dueti
Əsgərin nəğməsi
Soltan bəyin mahnısı
Gülçöhrənin
nəğməsi
Asyanın
nəğməsi
Rəqs
Vəli
ilə Tellinin dueti
Gülçöhrənin
etirafı
Trio. Asya, Telli və Gülçöhrə
Gülçöhrənin
naləsi
Rəqs |
|
TELLİ: |
Vallah,
xanım, elə görməmişdən ərə
getmək yaxşıdır. Yoxsa, əvvəl
görəndə daha sonra yaxşı olmur. Amma
görməyəndə ürəyin tələsir
ki, bir tez görəsən. |
|
|
Sən
o yanda, yar bu yanda,
Ceyran tək boynun buranda,
Baxışın min canlar alır,
Məni qəmə, dərdə salır.
Sən
o yanda, yar bu yanda,
Hərdən qıyqacı baxanda,
Gözüm o gözlərdə qalır,
Məni qəmə, dərdə salır.
Sən
o yanda, yar bu yanda,
Saçların üzə salanda,
Göylərə ahım ucalır,
Məni qəmə, dərdə salır. |
|
Səni
yaxşıca geyindirirlər, bəzəyirlər.
Sonra faytona mindirib urra, urra ilə aparırlar.
Hələ desən ayağının altında
qurban da kəsirlər. Otağa aparıb, gərdəyin
dalında oturdurlar. Ürəyin döyünə-döyünə
gözləyirsən, bir də görürsən
ki, qapı açıldı, oğlan girdi icəri.
(Deyən kimi qapı açılır,
Soltan bəy çıxır. Qızlar səslərini
kəsib işlərinə məşğul olurlar).
Allah eləməsin ki, belə
oğlan olsun.
|
|
|
|
|