|
|
ƏSGƏR: |
(kənara): Aha,
yaxşı fürsətdir. (Ona)
Doğru deyirsən, bəy,
ya zarafat eləyirsən? |
SOLTAN
BƏY: |
Tayımsan ki, zarafat eləyim? Lap ürəkdən
deyirəm. |
ƏSGƏR: |
Yaxşı,
bəy, fərz edək ki, mən xalamı verdim
sənə, bəs əvəzində sən
mənə nə verərsən? |
SOLTAN
BƏY: |
Nə verəcəyəm? Sənin muzdun bu
ola bilər ki, mənim kimi bəy ilə qohum
olarsan. Xalanın da muzdu o olar ki, canı rahat
olar. Mənim də muzdum budur ki, savab yiyəsi
olaram. Daha bundan artıq nə istəyirsən? |
|
|
|
|
Əsgərin
ariyası
Cahanın mahnısı
və rəqs
Süleymanın mahnısı
Mahnı
və rəqslər. Süleyman,
Cahan, Vəli)
Gülçöhrənin
ariyası
Tellinin nəğməsi
Əsgərin
nəğməsi
Qızların xoru
Əsgərin və Gulçöhrənin
dueti
Gülçöhrənin ariyası
Asya və Tellinin dueti
Əsgərin nəğməsi
Soltan bəyin mahnısı
Gülçöhrənin
nəğməsi
Asyanın
nəğməsi
Rəqs
Vəli
ilə Tellinin dueti
Gülçöhrənin
etirafı
Trio. Asya, Telli və Gülçöhrə
Gülçöhrənin
naləsi
Rəqs |
|
ƏSGƏR: |
(kənara): Aha,
yaxşı fürsətdir. (Ona)
Doğru deyirsən, bəy,
ya zarafat eləyirsən? |
SOLTAN
BƏY: |
Tayımsan ki, zarafat eləyim? Lap ürəkdən
deyirəm. |
ƏSGƏR: |
Yaxşı,
bəy, fərz edək ki, mən xalamı verdim
sənə, bəs əvəzində sən
mənə nə verərsən? |
SOLTAN
BƏY: |
Nə verəcəyəm? Sənin muzdun bu
ola bilər ki, mənim kimi bəy ilə qohum
olarsan. Xalanın da muzdu o olar ki, canı rahat
olar. Mənim də muzdum budur ki, savab yiyəsi
olaram. Daha bundan artıq nə istəyirsən? |
ƏSGƏR: |
Yox, bəy,
bu sayaq sərf eləməz. |
SOLTAN
BƏY: |
Bəs nə sayaq sərf elər? |
ƏSGƏR: |
Bax, bəy,
indi ki, mənimlə qohum olmaq istyirsən, gəl
iki başlı qohum olaq. |
SOLTAN
BƏY: |
(təəccüblə).
Nə sayaq iki başlı? |
ƏSGƏR: |
Bu sayaq
ki, mən xalamı verim sənə, sən də
qızını ver mənə! |
SOLTAN
BƏY: |
(bərk acıqlı).
Axmağın biri axmaq! Nə
yava-yava danışırsan? (Xəncərindən
yapışır).
Mən bəy balası,
qızımı arşın mal satana verəcəyəm?
Cəhənnəm ol burdan, sən də, sənin
xalan da! Qudurğanın birisi, bir şillə
çəkərəm ki, dişlərin qarnına
gedər, rədd ol gözümün qabağından!! |
ƏSGƏR: |
(arxayınca).
Xala, gəl gedək (kənara),
arşın malçı Əsgərə
qız vermədi, amma tacir Əsgərə verəcəkdir
(gedirlər). |
XVI GƏLİŞ
Soltan bəy tək. |
SOLTAN
BƏY: |
Gör
nə qudurğan gədədir ki, cürət
edib qızımı istəyir. (Xəncərini
çəkib yüyürür) Öldürərəm
səni, qudurğan oğlu qudurğan! (Qayıdıb fikrə gedir). Yoxdur,
yoxdur, məndə bəxt! Arvad əlimə göydən
düşən kimi olmuşdu, özü də
əsl mən deyən. Hallıca, dulluca arvad
ki, iş bir nəfər molla ilə bir kəllə
qəndə bənd idi. Mərdümazar oğlu
mərdümazar, haradan gəldisə bütün
işi korladı (Oxuyur). |
|
Nə
pis oldu halım mənim, gəl alım, maralım,
dilbilməz.
Getdi əldən
ixtiyarım, gəl alım, maralım, dilbilməz. |
(Evə gedir). |
|
|
|
|
|