|
|
XV
GƏLİŞ
Soltan bəy, Gülçöhrə,
Asya, Telli.
|
SOLTAN
BƏY: |
Hə, oturun görüm. Ay qız, Gülçöhrə,
nə üçün belə bikef görünürsən?
Nə olub ki, naxoş deyilsən ki? |
GÜLÇÖHRƏ: |
Xeyir ata,
yaxşıyam. |
SOLTAN
BƏY: |
Çox gözəl. Qızım, bilirsən
nə var? |
GÜLÇÖHRƏ: |
Xeyr ata! |
|
|
|
|
Əsgərin
ariyası
Cahanın mahnısı
və rəqs
Süleymanın mahnısı
Mahnı
və rəqslər. Süleyman,
Cahan, Vəli)
Gülçöhrənin
ariyası
Tellinin nəğməsi
Əsgərin
nəğməsi
Qızların xoru
Əsgərin və Gulçöhrənin
dueti
Gülçöhrənin ariyası
Asya və Tellinin dueti
Əsgərin nəğməsi
Soltan bəyin mahnısı
Gülçöhrənin
nəğməsi
Asyanın
nəğməsi
Rəqs
Vəli
ilə Tellinin dueti
Gülçöhrənin
etirafı
Trio. Asya, Telli və Gülçöhrə
Gülçöhrənin
naləsi
Rəqs |
|
ASYA: |
(heyfsilənərək,
kənara). Heyf, oğlan
əlimdən çıxdı. |
GÜLÇÖHRƏ: |
Ay ata, mənim
nə vaxtımdır ki, ərə gedim? |
SOLTAN
BƏY: |
Lap yaxşı vaxtındır. Uşaq ki,
deyilsən? Hər şeyi bilirsən, anlayırsan.
Səni bir tacir oğlana verirəm ki, həmi
cavan, həmi pullu, həmi mallı. |
GÜLÇÖHRƏ: |
Ata, acığın
tutmasın. Mən ərə gedən deyiləm. |
SOLTAN
BƏY: |
(mülayim).
Bax, axmaqlama! Mən elçiyə
söz verdim getdi. |
ASYA: |
Allaha
şükür, gələn oğlan elçiymiş! |
GÜLÇÖHRƏ: |
Yox ata,
mən ərə getmək istəmirəm. |
SOLTAN
BƏY: |
Yaxşı, yaxşı, naz eləmə,
bilirəm ürəyində sevinirsən. |
GÜLÇÖHRƏ: |
Yox ata,
doğru sözümdür, mən ərə
getmək istəmirəm. İstəyirsən
vur məni öldür, ərə vermə! |
SOLTAN
BƏY: |
Deyəsən sən doğrudan danışırsan.
Bu nə axmaq sözdür? Necə yəni ərə
getmək istəmirəm? Evdə qalıb qocalıb
qarımayacaqsan ki? |
GÜLÇÖHRƏ: |
(ağlayır).
Mən ərə getmək
istəmirəm. |
SOLTAN
BƏY: |
(bərkdən).
Sən allah, qudurğan olma!
Sənin nə haqqın var söz danışmağa?
Atan səni ərə verir, sənin borcun
itaət etməkdir. |
ASYA: |
Əlbəttə,
Gülçöhrə, atan nə deyir, sən
ona qulaq as! İndi ki, səni ərə verirlər,
sənin borcun getməkdir. Daha burda artıq çək-çevir
olmaz ki? |
GÜLÇÖHRƏ: |
Qoy atam
məni öldürsün, amma ərə verməsin. |
ASYA: |
Axı
sənin danışmağa nə haqqın var? |
SOLTAN
BƏY: |
Sənə deyirəm ki, axmaq olma. Mən səni
elə adama ərə verirəm ki, daha eləsini
tapmazsan. Sən nə fikirdəsən? |
GÜLÇÖHRƏ: |
Sən
o adama Asyanı ver. Qoy mən evdə qız qalım. |
SOLTAN
BƏY: |
Nə boş-boş danışırsan? Asyanı
istəyən olsa onu da ərə verəcəyəm.
İndi səni istəyirlər, gərək
səni verəm. |
ASYA: |
Əlbəttə,
elədir. |
GÜLÇÖHRƏ: |
Mən
ərə getmək istəmirəm. |
SOLTAN
BƏY: |
(acıqlı).
Sənin borcun deyildir. Ağzın
nədir getməyəsən? Atan sənə
buyurur get, get, çox o yan bu yan elərsən,
tutub qulağından mıxlaram divara. (Gülçöhrə
ağlayır. Soltan bəy acıqlı ora-bura
gəzinir, bir azdan sonra mülayimliklə)
Qızım, sən elə bilirsən
ki, mən səni pis adama verirəm? Sən onu
yəqin bil ki, bir oğlana gedəcəksən
ki, padşah balası kimi. Özü cavan tacir,
pulu çox , dövləti çox! Mən dəli
deyiləm ki, səni pis adama ərə verim?
Sən mənim gözümün işığı,
tək qızımsan. Mən səni bədbəxt
edərəmmi? (tutub
qızın əlindən öpür)
Sən qoca atanın sözünə
qulaq as, dəlilik eləmə! |
|
|
|
|