VI GƏLİŞ


Asya və Süleyman

 

SÜLEYMAN:  

 

Soltan bəy evdədirmi?

ASYA:  Bəli, evdədir, bir qədər burada əyləşin, gedim çağırım (gedir).

 

Əsgərin ariyası

Cahanın mahnısı və rəqs

Süleymanın mahnısı

Mahnı və rəqslər. Süleyman, Cahan, Vəli)

Gülçöhrənin ariyası

Tellinin nəğməsi

Əsgərin nəğməsi

Qızların xoru

Əsgərin və Gulçöhrənin dueti

Gülçöhrənin ariyası

Asya və Tellinin dueti

Əsgərin nəğməsi

Soltan bəyin mahnısı

Gülçöhrənin nəğməsi

Asyanın nəğməsi

Rəqs

Vəli ilə Tellinin dueti

Gülçöhrənin etirafı

Trio. Asya, Telli və Gülçöhrə

Gülçöhrənin naləsi

Rəqs


VII GƏLİŞ


Süleyman tək.
SÜLEYMAN:  Yəqin ki, Soltan bəyin qızıdır. Amma əcəb gözəl qızdır. Bərəkəllah, Əsgər, görünür kişinin ruhu vardır ki, özünə bu cür qız seçibdir. Mən bilsəydim ki, Soltan bəyin qızı gözəl imiş, əvvəldən özüm üçün alardım. Amma yaxşıca qızdır, vallahı çox böyük səhv eləmişəm, gərək bu qızı mən ala idim, halbuki indi gəlmişəm qızı Əsgər üçün istəyim? Yox, bu yoldaşlıq haqqında namərdlik olar. Əsgər mənə etibar edib, elçiliyə göndəribdir. Özü də qıza bənddir. Necə ola bilər ki, onu məyus eləyim. Lənət şeytana, adam gərək dostluğunda düz ola. Nə eləmək. Mən də axtararam, özümə bir gözəl qız taparam. Xainlik pis şeydir.
(Soltan bəy daxil olur).

VIII GƏLİŞ
Süleyman və Soltan bəy.

SOLTAN BƏY:  Baho Süleyman, sən hara, bura hara? Xeyir-xəbər olasan. Söylə görək nə var, nə yox?
(görüşüb otururlar).
SÜLEYMAN:  Bəy, xeyir olmamış nə olacaq? Şükür allaha, hər bir şey öz yerində sazdır.
SOLTAN BƏY:        Çox gözəl, indi söylə daha nə var, nə yox?
SÜLEYMAN:            Bəy, bilirsən, bu dünyanın işi belə gəlibdir ki, insan insana lazım olur, adam adama gərək olur. Görürsən ki, əvvəlcə bir adamı heç tanımırsan, sonra tanış olursan, ondan sonra lap qohum olursan. Ancaq bir iş var ki, qohum olanda gərək elə olasan ki, sənə yaraşan ola. Özü də varlı ola, adlı-sanlı ola. Məsələn, götürək bizim cavan tacir Əsgəri...
SOLTAN BƏY:        O kimdir?
SÜLEYMAN:            Bəy, sən onun özünü tanımazsan. Atasını yaxşı tanıyarsan. Mərhum bəzzaz Mürsəli deyirəm ki, bir gözəl kişilərin birisi idi.
SOLTAN BƏY:        Yaxşı tanıyıram, həqiqət mərhum çox gözəl kişi idi.
SÜLEYMAN:            Bəli, indi Əsgər dediyim oğlan onun oğludur. O da hər barədə atası kimi gözəl və ağıllı adamdır. Özünün də, şükür allaha, yaxşı varı, malı, alveri də çox böyük tərəqqidədir.
SOLTAN BƏY:   Yaxşı, Əsgər nə deyir?
SÜLEYMAN: Əsgərin dediyi odur ki, səninlə qohum olmaq istəyir.
SOLTAN BƏY:  Balam, mənim qızım uşaqdır ki?

 

  © Musigi Dunyasi, 2003