Əsgərin
ariyası
Cahanın mahnısı
və rəqs
Süleymanın mahnısı
Mahnı
və rəqslər. Süleyman,
Cahan, Vəli)s
Gülçöhrənin
ariyası
Tellinin nəğməsi
Əsgərin
nəğməsi
Qızların xoru
Əsgərin və Gulçöhrənin
dueti
Gülçöhrənin ariyası
Asya və Tellinin dueti
Əsgərin nəğməsi
Soltan bəyin mahnısı
Gülçöhrənin
nəğməsi
Asyanın
nəğməsi
Rəqs
Vəli
ilə Tellinin dueti
Gülçöhrənin
etirafı
Trio. Asya, Telli və Gülçöhrə
Gülçöhrənin
naləsi
Rəqs |
|
SÜLEYMAN |
(Əsgərə):
İndi bildin başdan ayağa
qədər ağıllıyam? |
ƏSGƏR: |
Bir azca
qalıbdır, hərgah bir işi də bilsən,
onda imanım kamil olar. |
SÜLEYMAN: |
Bir-bir
söylə, qulaq asaq. |
ƏSGƏR: |
Yaxşı,
ağıllı oğlan! Bəs mən qızı
harda görüm və nə sayaq eyləyim ki,
heç olmasa bir balaca bələd olum. |
SÜLEYMAN: |
Ondan asan
nə var ki? Paltarını dəyiş, köhnəsini
gey, qoltuğuna bir top çit-mit nə varsa vur.
Əlinə də bir arşın al, ondan sonra
düş qapı-qapı gəz və arşın
malı sat! Bu halda gördüyün qızların
birini seç, sonra lələşini göndər,
gedim elçilik eləyim, vəssalam. |
ƏSGƏR |
(sevinir):
Əcəb fikirdir, vallah! |
CAHAN: |
Qadan
alım, əlbəttə yaxşı fikirdir. |
SÜLEYMAN: |
Ayrı
cürə əlbəttə yoxdur. (Cahana)
Belədir, belə deyil, xala? |
CAHAN: |
Qadan alım,
əlbəttə, elədir. |
SÜLEYMAN: |
Belədir,
belə deyil, Vəli? |
VƏLİ: |
Bəy,
doğru buyurursan. |
SÜLEYMAN |
(Əsgərə): İndi
gördün ağıllıyam? |
ƏSGƏR: |
Ağıllısan,
qardaş, ağıllısan. Vallah, sən deyən
kimi edəcəyəm. |
CAHAN: |
Ay Süleyman!
Sən niyə özünü qocaldıb, evlənmirsən? |
SÜLEYMAN: |
Mən
də evlənərəm, xala. O fikirdən mənim
də başımda var. Hələ indi əvvəlcə
Əsgəri evləndirək, görünür
ki, bu çox tələsir, sonra mən də
evlənərəm. Yaxşı, xala, bəs
sənin fikrin nədir? |
CAHAN: |
Heç
nə, qadan alım, nə olacaqdır ki? |
SÜLEYMAN: |
Yox, xala,
bəsdir bu qədər dul qaldın. Qoy səni
də bir allah bəndəsinə verək. Canımıza
dua eləsin. |
CAHAN: |
(utanaraq):
Buy, qadan alım, mənim
nə ərə getmək vaxtımdır ki? |
SÜLEYMAN: |
Necə?
Çox balacasan? Əlbəttə, vaxtındır.
Bedədir, belə deyil, a camaat? Əlbəttə,
belədir (Vəliyə)
Balam, Vəli, sən də
hazırlaş ha! (Vəli
utanır, başını aşağı dikir).
Hə, Əsgər, fikrə
gedibsən? |
ƏSGƏR: |
Vallah,
sabahdan arşın malı satan olacağam. |
SÜLEYMAN: |
Əcəb
eyləyəcəksən. Allah səni də
tez muradına yetirsin, bizi də. Belədir, belə
deyil, xala? |
CAHAN: |
Qadan alım,
əlbəttə, elədir. |
SÜLEYMAN: |
Belədir,
belə deyil, Vəli? |
VƏLİ: |
Bəy,
doğru buyurursan. |
SÜLEYMAN: |
Bəs
indi ki, belə oldu, qulaq asın. |
|
|